adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Yanvar 2019 12:45
17954
MƏDƏNİYYƏT
A- A+

Milli Məclis muğam sənəti ilə bağlı sənədi müzakirəyə çıxaracaq

"Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib:

"Əslində bu sənəd son payız sessiyaslnda müzakirələrə çıxarılmalı idi, amma bəzi səbəblərdən yubandı. Odur ki, bu layihənin artıq yaz sessiyasının müzakirələrinə çıxarılmasının vaxtıdır. Bu baxımdan, hesab edirəm ki, nəhayət, bu sessiyada bu sənədin müzakirələri baş tuta bilər”.

R.Hüseynov həmçinin qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var. O, "Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi” ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.

R.Hüseynov bununla yanaşı qeyd edib ki, "Kinematoqrafiya haqqında” yeni qanuna ehtiyac var və bu qanunun gələcəkdə işlək olması üçün də orada müəyyən güzəştlər, imtiyazlar nəzərdə tutulmalıdır:

"O imtiyazlar olmasa, kinematoqrafiyanın inkişafında ciddi problemlər olacaq. Əgər biz Azərbaycan kinosunda sıçrayışın olmasını istəyiriksə, imtiyazların və güzəştlərin nəzərə alınması vacibdir. Bizim müraciətlər nəzərə alınarsa, bununla bağlı təklifləri plenar iclasa təqdim edəcəyik”.