adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2019 18:24
12847
GÜNDƏM
A- A+

Tanınmış psixoloq: Uşaqları porno saytlar korlayır...

Son vaxtlar yeniyetmələrin intiharı ölkə gündəmindən düşmür. Hər yerdə həyəcan təbili çalınır. Uşaqların intiharının səbəbi və onun aradan qaldırılması yolları axtarılır.

Adalet.az məsələ ilə bağlı psixoloq Murad İsayevdən münasibət öyrənib. Psixoloqun sözlərinə görə, yeniyetmələrin, uşaqların intihara meylli olmasında valideynlərin diqqətsizliyi səbəb ola bilər:

"Azərbaycanda son araşdırmalar, müşahidələr onu göstərir ki, uşaqlar yetkinlik yaşına erkən girirlər. Qabaqlar 13-14 yaşında keçid dövrünə daxil olurdularsa, indi 9-10 yaşında bu dövrə düşə bilirlər. Valideynlər bu keçid dövrünü nəzərə almırlar. Uşaqlar dəyişiklik dönəmindən keçəndə çox çətinlik çəkirlər. Öz ətrafları ilə bunun mübarizəsini aparırlar, dəyişkən olurlar, tez-tez mübahisə edirlər. Bildiyiniz kimi, indi boşanmalar da get-gedə çoxalır. Belə olanda uşaq özünün tənha olduğunu düşünür, özünə qapılır. Ən azından onunla danışmaq lazımdır, onun özünü ifadə etməsi üçün şans vermək lazımdır. Hətta uşaqlara imkan vermək lazımdır ki, yalan danışsın, amma təki danışsın. Təəssüf ki, bəzən bu tədbirlərin vaxtı gecikir. Pedaqoqlar, valideynlər bu SOS siqanllarını gec yandırırlar. İntihar fikri bir uşağın içinə çoxdan düşür, onu xilas etmək mümkün olur. Seratoinin miqdarı düşür, özünə qapanma başlayır, ətrafdan təcrid olunur, dostlarının az olduğunu görür, qapalı, qaşqabaqlı bir həyata qədəm qoyur. Bunu görən valideyn, yaxud tanış-biliş, qohum-qonşu tədbir görməlidir.

M.İsayev əlavə edib ki, intiharların artmasında insanların bir-birilərinə laqeyd olmaları da səbəblərdən biridir:

"İndi təəssüf ki, soyuqqanlaşıb insanlar. Bir-birinə qarşı yadlaşıblar. Burda öz uşağım söhbəti olmamalıdır. Fərqi yoxdur kimin uşağıdır. Müşahidə olunubsa ki, belə hallar var, dərhal müdaxilə olunmalıdır, nəzarət altında saxlanılmalıdır. Əsas da 11-12 yaş arası. Bu hallar hormonal dəyişikliklər zamanı baş verir. Öz bədənlərinə qarşı protest elan edir uşaqlar. Artıq bədənlərinin uşaq bədəni olmadığını düşünürlər. Porno saytlar da uşaqlıq aləmini əllərindən alır. Surətlə böyümək hissi yaranır onlarda. Bu cür hallar baş verdiyi təqdirdə uşağın üzərinə getmək lazım deyil. İntihar halında olan uşaqdırsa, onu tənqid etmək olmaz, səsini qaldırmaq olmaz. Valideyn dostcasına yanaşmalıdır onunla...”