İLDIRIM

FAİQ QİSMƏTOĞLU
45101 | 2013-04-20 08:09

...Göyüzünü bulud almışdı. Belə buludlu havada çölə çıxmaq və harasa getmək adamdançox şey tələb edirdi. Adətən tənbəl və ərincək insanlar bu cür havalarda bayıraçıxmaz, elə yataqdan tənbəl-tənbəl pəncərəyə tərəf boylanardı. Yataqdan daboylananda görərdi ki, birdən-birə şimşək çaxdı, göy guruldadı və bir leysanyağış yağdı ki, tut ucundan göyə çıx...

Yağışlıhavada bəzən saatlarla odun sobasının qarşısında oturub əlindəki maşa iləocaqdakı közləri o tərəf, bu tərəfə qoyardı. Elə bilərdi ki, bu közləri otərəf, bu tərəfə qoymaqla özü-özüylə şahmat oynayır. Amma o özü-özüylə şahmatoynamırdı. Beynindəki düşüncələri və fikirləri yumaq kimi açıb ipin ucunutapmaq istəyirdi...

İldırım necə çaxdısa, qorxusundan sobaya bir az dayaxınlaşdı. Düşündü ki, birdən bu ildırım gəlib onun evinin üstünə düşsə,görəsən nolar?! Bir neçə dəqiqə keçmədi ki, göy bir də guruldadı, şimşək necəçaxdısa, sanki dünya dağıldı. İldırımonun qapısındakı iri tut ağacının düz ortasına düşdü. Şaqqıltıdan vəgurultudan az qala onun qulağı tutulmuşdu. İki barmağı ilə nəsə olubmuş kimi, qulaqlarını tutdu. Eləbildi ki, ildırım ikinci dəfə gəlib onun evinin üstünə düşəcək. Ancaq ildırımartıq tut ağacını iki yerə bölmüş və sonra da onun kötüyünə qədər işləmişdi...

...Pəncərədənbaxanda gözlərinə inanmadı. Babasının babası tərəfindən əkilmiş tut ağacını ikiyerə bölündüyün görəndə, başına birqazan qaynar su töküldü. Tər əvvəlcə alnından açıldı, bir dəqiqədən sonra bədəni cum-culuq su oldu. Heç ömründə buqədər tərləməmişdi. Elə bil ki, yağışın altında qalmışdı və yağış da onu möhkəmislatmışdı. İldırım çaxandan sonra bir leysan yağış yağırdı ki, gəl görəsən!

Bu leysanyağış bir azdan selə də çevrilə bilərdi. Matı-qutu qurumuş halda pəncərədən ikiyerə bölünmüş iri tut ağacına elə qəmli-qəmli baxırdı ki, sanki iki yerəbölünən tut ağaçı deyil, onun əsirlikdə olan oğlu Nazim idi. Çünki bu tut ağacıgözünü açan gündən onlara yavanlıq olub. Tut ağacının tutunu yeyiblər, ondandoşab bişiriblər və bütün qonum-qonşuya da bu doşabdan pay veriblər. Bu tutağacı onların çörək ağacı hesab olunurdu. Yayın gəlməyini onlar çox böyüksəbirsizliklə gözləyərdilər.

Çünkiuşaqlar ağ tutdan doyunca yeyər, sonra da ağacın budaqlarını möhkəm-möhkəmçırpardılar. Ağacın budaqlarını çırpmamışdan əvvəl tut ağacının dibinə çadırısərər, ağaca çıxar və budaqları sirkələyrdilər. Bu tut ağacında o qədər adamıngözü vardı ki, ona da yay gələndə tutdan pay düşəcək. Qonum-qonşu da yaygələndə bu tut ağacının yanına gələr, kölgəsində əyləşər, samovarı qaynadıbyaxşı çay dəmləyər və yay gecələrində ən yaxşı sərin yer sayılan tut ağacınınaltında bəzən səhərə qədər şirin söhbət eləyərdilər...

Həkimlər dədeyirdilər ki, Səməd kişinin həyətindəki tut ağacının barının qaraciyərə çoxxeyri var. Əgər səhər saat 5-6-da sübh tezdən kim yerindən qalxıb o ağ tutdanüstü şehli bir az yesə, bir aydan sonra qaraciyəri cavan oğlanın ciyəri kimiolacaq. Çünki bu tutda olan vitaminlər və şəfa heç bir mer-meyvədə, bitkidəyoxdu. Hələ onun doşabının dadı?! Aman Allah, kim o doşabdan səhər-səhər birqaşıq içsəydi, nəfəs yolları açılardı və özünü əla hiss eləyərdi!..

Səməd kişiəlinin dizinə çırpıb dedi:

- Allahsənə lənət eləsin, ay mərdimazar! Zalım oğlukar Eldar dünən bu tut ağacına elə baxdı ki, köpəkoğlunun gözü dəydi! 70ildi bu tut ağacına bir şey olmur, kar Eldar ona dönə-dönə baxmağıyla ildırımağacı bir göz qırpımında iki yerə böldü.

Səmədkişinin həyat yoldaşı Nübar arvad gözlərini qıyıb dilləndi:

- A kişi, Allahsız danışma, olacağaçarə yoxdu! Nə düşmüsən kar Eldarın üstünə. Məgər kar Eldar sənin qapına birincidəfədir gəlir?! İndiyə kimi kar Eldar bizə bir yüz dəfə gəlib bir şey olmayıb,bu dəfə gəlməynən dünya dağıldı? Düzdü, onun gözündə nəsə var, amma hər şeyionun üstünə yıxmaq da insafsızlıqdı...

Səməd kişidiqqətlə arvadını dinlədi. Səbrini basıb həmişəki kimi söymək istəmədi.Fikirləşdi ki, arvadı söyər, arvad da qalxıb ona çay verməz. Onsuz daoğul-uşağa etibar yoxdu; əlləri çörəyə çatandan sonra, hamısının başı qarışıb.Yenə qızlar bir az etibarlıdı. Bu oğlanlar ki, var, ikisi də arvadağız çıxıb. Bircəəsirlikdə olan oğlu Nazim ona sədaqətli idi. Ondan da 7 ildir ki, xəbər yoxdu. Elə hər dəfəQırmızı Xaç Cəmiyyəti onlara bir məktub göndərirdi ki, oğlunız Yerəvandadır,sağ-salamatdı! Bu gün, sabah gətirəcəyik. Səməd kişi əsəblərini cilovlayıbsakitcə:

- Ay Nübar,mən heç kimin babalını yumaq istəmirəm. Vallah dünən kar Eldar tut ağacına eləbaxdı ki, qəlbindən qara qanlar axdı. Dedi ki, bəxtəvər sizin başınıza, bu tutağacı heç vaxt səni və uşaqları çətin vəziyyətdə qoymayıb. Tutundan yemisiniz,doşab bişirmisiniz, hələ oğlun Nazim də ondan yaxşı araq çəkirdi! Bu ağacdanbiri də bizim qapımızda olsaydı, dünya dağılmazdı ki?! Bax buna görə, karEldarı qınayıram...

Nübararvad:

- Səməd,Allah-Təala hərəyə bir cür ürək verib: kiminin ürəyi təmizdir, kiminin də ürəyixain. Adam var ki, bir xeyir iş görürsən, ev tikirsən, yaxud da inək alırsan,gəlib görür, sevinmək əvəzinə, qapqara qaralır. Elə bil ki, onun çörəyiniyeyib, pulunu əlindən almısan. Elə o pulla da dediyin şeyləri əldə eləmisən.Ona görə də çox adama fikir vermə. Allah-Təala hər insanı öz əməlinə görəqiymətləndirir. Axı sən "Qurani-Kərim"i oxumusan?!

Səməd kişi:

- Allahaqurban olum, heç vaxt mənim kiminsə varında, dövlətində, evində-eşiyində gözümolmayıb. Allah-Təala nə veribsə, ona şükür eləmişəm! Uşaqlarımı böyütmüşəm,oxutmuşam, əllərini çörəyə çatdırmışam. Bunagörə ulu Yaradana duaçıyam! Bircə ürəyim Nazimdən bərk nigarandı. O daqayıdıb gəlsə, ölsəm dərdim yoxdu. Bir də ay arvad, mənim heç vaxt onun-bununvar-dövlətində tamahım olmayıb. "Qurani-Kərim"də də buyrulub ki,yerin də, göyün də sahibi Allahdır. Allah hər şeyi görür və bilir.

Nübararvad:

- Ona görədeyrəm dana! Heç vaxt qəlbini qaraltma və kar Eldarın dalıncan da danışma.Düzdü, bu tut ağacı çox bərəkətli və faydalı bir ağac idi. Kölgəsində babanoturmuşdu. Bəlkə o biri baban da onun kölgəsində əyləşmişdi. Biz də düz 50ildir bu tut ağacının kölgəsində oturub yay gecələrində samovar çayı içir, onuntutunu yeyir, doşabını istifadə eləyirik. İndi tay neyləmək olar?! Allahın işidir.Birdən o ildırım gəlib evə düşsəydi və biz də orda ölsəydik, onda nolardı?! Baxbunun barəsində düşünmək lazımdı...

Deyəsən,Nübar arvadın axırıncı sözü Səməd kişinibərk tutdu. "Əgər ildırım evə düşsəydi və biz də orda ölsəydik ondanolardı?!" Beləcə, Səməd kişi dərindən ah çəkdi və yenə Allahına şükürelədi! Allahına şükür elədi ki, balam, arvad olanda nolar, kişinin qızı düz sözdeyir dana! Birdən olmazdı elə, olardı belə: ildırım gəlib düşərdi mənim eviminüstünə, bununla da hər şey bitərdi...

...Səhərnamazının vaxtı keçmişdi. Səməd kişi namaza gecikdiyinə görə bir az özünüqınadı, bir az da 70 yaşlı Nübar arvadı. Amma səhər namazına Səməd kişiningecikməyi Nübar arvadlıq deyildi. İçəri keçib əllərini biləklərinə qədər yudu,sonra da üz-gözünə su vurdu. Dəstənamaz alıb, namaz qılmağa başladı. Hərnamazda Allaha dua eləyərdi ki, tezliklə oğlu Nazim qayıdıb gəlsin və ondansonra Allah özü bilər, nə eləyir! Ömür verə də bilər, verməyə də. Bu Allahınişidi. Bu dəfə də namaz qılanda Allaha dua elədi, hətta gözlərindən yaş daaxdı. Çünki ildırımın onların həyətinə düşməsi və tut ağacını iki yerə bölməsionu bərk qorxuzmuşdu. Buna baxmayaraq, onun Allaha çox böyük məhəbbəti vəsevgisi vardı. Heç vaxt haram tikə yeməzdi. Oğlu Nazimə araq çəkməyi də qadağaneləmişdi. Demişdi ki, əgər mən oruc tutub, namaz qılıramsa, bu evdə heç vaxtaraq çəkilə və içilə bilməz. Əgər bizim tutdan kimsə araq çəkmək istəyirsə,gedib başqa yerdə işini görə bilər.

Səhərnamazını qılıb arvadı səslədi:

- Ay Nübar, samovara köz sal, gəlibözüm qaynadajam. Bu günə də şükür! Elə özümüz sağ-salamatıq, səhərimiz xeyirəaçılıb, tay neyləmək olar. Şükür İlahinin məsləhətinə!..

Nübar arvadsamovara od saldı və samovar cızıldamağa başladı. Samovar cızıldayanda Səmədkişi özü samovara yaxınlaşdı və növbəti közləri samovara atdı. Yarım saatdansonra samovardakı su qaynadı və Nübar arvad qəşəng, bir çay dəmlədi. Onsuz daonlar hər səhər, günorta və axşam samovar çayı içirdilər. Amma budəfəki samovarçayının dadı tatamilə başqa cürüydü. Çünki çayı dəmləyəndə Nübar arvad çaynikiniçərisinə kəklikotu, qantəpər, çobanyastığı və digər otlardan, çiçəklərdənatmışdı. Onlar heç vaxtı zavod istehsalı olan çayı almazdılar və ömürləri boyutəbii otlardan və güllərdən, çiçəklərdən çay dəmləyib içərdilər. Bu çay da oqədər dadlı olardı ki, onu içməklə doymaq olmurdu...

...Çay dəmalandan sonra Nübar arvad armudu istəkana çaynikdən çay süzdü və gətirib Səməd kişinin qarşısına qoydu. Səməd kişiçaydan bir neçə qurtum içib dedi:

- Ay Nübar,bugünkü çayın içinə nə atmısan ki, belə dadlıdır?!

Nübararvad:

- Həmişə nəatıramsa, elə indi də onu atmışam. Bircə otlara qantəpəri əlavə eləmişəm. Yəqinonun ətridir ki, səni belə bihuş eləyib!..

Səməd kişi:

- Budəfəkiçayın dadı o birilərinkindən fərqlidir. Nə rəhgindən doymaq olur, nə dəətrindən. Bu xoruzquyruğu deyil ey, qeyri-adi bir çaydır. Mən bu çayı yüzxoruzquyruğu çaya dəyişmərəm.

Səməd kişibir neçə armudu stəkan da çay içdi. Özünü quş kimi hiss elədi. İstədi dəryazıəlinə götürüb həyətdəki yoncalığa girsin və orda ot çalsın. Ancaq fikrindəndaşındı. Çünki bir neçə gün bundan əvvəl yoncanı biçəndə bir gürzəyə rastgəlmişdi. Bəxtindən də gürzə onun ayağının altında deyil, dəryazın ağzınailişmişdi. Otu çalanda dəryazı necə möhkəm vurmuşdusa, gürzəni iki yerə bölmüşdü.Sonra da çərəntini götürüb iki yerə bölünmüş gürzənin başını əzmişdi. Səmədkişi ot çalanda çox belə şeylər görmüşdü. Həmişə də ot çalmağa getməmişdənəvvəl uzunboğaz "sapoğu" geyər və ot çalmağa başlayardı. Çünki bu"sapoğ"un altında ilan qalsa da Səməd kişiyə bir şey eləyə bilməzdi.Uzaqbaşı "sapoğ"un altını, ya da böyrünün dişləmək istəyər və ona dadişi batmazdı...

Səməd kişibikef halda həyətdəki ikiyə bölünmüş tut ağacının yanında əyləşmişdi. Dahadoğrusu, tut ağacının qırılmış iri budağının üstündə oturmuşdu. Fkirləşirdi ki,bu ağacın yerinə başqa bir tut ağacı gətirib əksin. Səməd kişi o tut ağacınıgətirib həmin yerdə əksəydi, daha dərdi olmazdı. Düz, 10-15 gün kənddə yaxşıtut ağacı axtardı, amma heç birindən xoşu gəlmirdi. Sonra qonşu kəndlərdənsoraqlayıb bir adam tapdı və öyrəndi ki, onun həyətində yaxşı körpə ağ tutağacı var. Elə həmin kəndə getdi, o ağ tut ağacını da evin sahibindən alıbgətirdi.

İri tut ağacının yerin dərin qatına işləmişkökünü bellə qazıb çıxardı. Onun yerinə körpə tut ağacını əkdi. Bir vedrə suyuağacın dibinə tökdü. Cibindən papiros qutusunu çıxarıb arasından bir papirosgötürdü. Papirosu yandırıb bir neçə qullab vurdu...

Qonşuuşaqları sevinə-sevinə Səməd kişigilin həyətinə doluşdu:

- Ay Səmədbaba, ay Nübar nənə, xəbəriniz var, Nazimi xarici maşında gətirirlər!..

Səməd kişiqulaqlarına inanmadı. Bir istədi ki,dişinin dibindən çıxanı bu uşaqlara desin. Ancaq başını qaldırıbbaxanda, gördü ki, Qırmızı Xaç Cəmiyyətinin maşınları onların həyətinə girdi.Maşından əvvəlcə iki qadın və iki zabit yerə düşdü. Pəncərədən oğlu Nazimatasına və anasına baxırdı. Qırmızı Xaçın nümayəndəsi Səməd kişiyə dedi:

- Ay Səməddayı, gözün aydın, bu da sənin oğlun Nazim! Yeddi ildir sənə söz verirdik,ancaq gətirə bilmirdik?!

Səməd kişininvə arvadı Nübarın sevincindən dilləri tutulmuşdu, gözlərinə inanmırdılar.İnanmırdılar ki, maşındakı onların oğlu Nazimdir. Nazim maşından düşüb atasınıvə anasını möhkəm-möhkəm qucaqladı. Hər üçü bir-birinə sarmaşmışdı... Hər üçüağlayırdı... Hər üçünün sevincindən ürkləri yerindən çıxmaq istəyirdi...

Səməd kişiqonaqların ayağının altında nə vaxtandır saxladığı qara quzunu qurban kəsdi.Demişdi ki, oğlum nə vaxt qayıdıb gəlsə, ayağının altında qara quzu kəsəjəm!Həmişə də Səməd kişinin tövləsində qara qoyunlar və quzular olardı. Sevincindənyenə gözləri yaşardı. Əlini yuxarı qaldırıb Allaha dua elədi: İlahi, şükür bugünə! Oğlum qayıdıb gəldi. İlahi, bütün kimsəsizləri, həsrətdə və qəriblikdəolanları bir-birinə qovuşdur...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV