ÖMRÜM ÖMRÜNÜN DAVAMI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
74330 | 2013-04-20 08:08

Çoxdandırki, ürəyim qəribə duyğuların, hisslərin əlində qalıb. Nə qədər çalışsam da oduyğuların, o hisslərin əlindən təkcə ürəyimi deyil, bütövlükdə yaxamı daqurtara bilmirəm. Çünki onlar o qədər doğma duyğular, hisslərdi ki, onlardanqurtulmaq üçün bircə yol var: o da özümdən qurtulmaqdır. Təbii ki, özümdənqurtulmağın yolu da təkcə dünyaya əlvida demək deyil, həm də bu dünyada səninləolan, sənin olan və sənin olduqlarının bununla razılaşmasıdır. Deməli, ənsonuncu hökm, ən sonuncu qərar RUHundu!

Bəli, mənşaman deyiləmg Bəli, mən sufiliyi də əvvəlindən sonuna qədər zərrə-zərrə, yənibütünlüklə qavramamışam. Özüm bildiyim qədər, özüm anladığım qədər sufiolmuşam. Ona görə də deyəcəklərim sizə qəribə gəlsə də, onu deməyə bilmərəm.Axı mən nə isə yazmaq istəyəndə o yazının təkcə formasını, məzmununudüşünmürəm, həm də o yazını özümün can köynəyimə çevirirəm, onu əyniməgeyinirəm. Əgər yazının içində özümü rahat hiss edirəmsə, onda rahatlıqtapıram. Yox, əgər köynək əynimi sıxırsa, deməli yazı istədiyim kimi alınmayıb.Deməli, yazı hardasa mənim deyil, mənim ola bilməyib, ya da mən o yazıyahopmamışam, o yazıya çevrilməmişəmg

Bax, butəqdim etdiyim son pıçıltıların içərisində demək istədiyim mətləbin üzərinəgəlirəm. Xatırladıram ki, şamanlığı da sevirəm, sufiliyi də. Onlardakı vəhyiözümə daha doğma bilirəm. Çünki o vəhy məni havalandırırg məni yerdən qoparırgməni mənim içimdən alıb mənim olmayan yerlərə aparır. O yerlərə ki, oradayalnız sən varsan. Mən sənə qonaq gəlirəmg mən səninlə danışmaq, səninlədərdləşmək, sənə olanları çatdırmaq üçün gəlirəm. Bilirəm ki, sən onsuz dabütün bunlardan xəbərdarsan. Çünki sən məndən ayrılıb heç yerə getməmisən, gedəbilməzsən dəg sənin getməyə gücün də çatmazg çünki sən mənim özümsən. Mənimözümsə elə sənəm! Odur ki, bir-birimizdən ayrı qala bilmərik, necə də ki,qalmırıqg

Mən ovəhyin içərisində sənin ruhunu görürəm, sənin ruhuna sarılıram. Və ruhununistiliyi, hərarəti məni bütün olanları bir-bir xatırlamağa, bütün vərəqləribir-bir çevirməyə vadar edir. Özümözümdən xəbərsiz çevirirəm həmin vərəqləri vəg

...Hə, ondaəl boyda uşaq idimg onda dünya mənə güllü-çiçəkli, barlı-bərəkətli, bülbülsəsli, şeh nəfəsli görünürdü. Elə bilirdim ki, dünya ancaq səndən və məndənibarətdir. Elə bilirdim ki, özümü uşaq saymağım heç kimin, xüsusilə sənin qəlbinətoxunmayacaq. Axı sən məni nəvazişlə, sevgi ilə öz övladını, öz qızını qoruyan,böyüdən bir varlıq kimi saxlayırdın, böyüdürdün, yaşadırdın. Sən məni dünyanınən xoşbəxt varlığına çevirmişdin. Ona görə də mənə səndən doğma, səndən əziz,səndən yaxın, səndən güclü, səndən savadlı, səndən qabiliyyətli, səndənşəxsiyyətli, səndən böyük, səndən müdrik bir kimsəni tanımırdım. Sən yaxşılarınyaxşısı, sən layiqlilərin layiqlisi idin və mən də yalnız sənin üçündoğulmuşdum!

...Mən əlboyda qızcığaz idim... Atam Məmməd İsa oğlu, anam Səriyyə Həsən qızı 1948-ci ilmay ayının 10-da Dərələyəz bölgəsində dünyaya gəlişimi ürəkdən qeyd edəbilmədilər. Çünki yurd-yuvamızdan didərgin düşdük. Dadını-tamını bildiyimiz,havasını, suyunu qanımıza, canımıza hopdurduğumuz qaim - qədim ellərimizdənŞimali Azərbaycana, onun Muğan bölgəsinin bir parçası olan Saatlı rayonunapənah gətirdik. Mən burda o əl boyda qızcığazın uşaqlığını yaşadım. 6 yaşındaorta məktəbə ayaq basdım. Yaşıdlarımdan fərqli olaraq Ana sözünü, Vətən sözünürus dilində yazası oldum. Çünki rus bölməsində təhsil alırdımg

...Mən əlboyda qızcığaz idim. Oxuduğum məktəbdə də bəxtim gətirmədi. Saatlıda yaşayanruslar köçüb getdikləri üçün məktəbin rus bölməsi fəaliyyətini dayandırdı. Atamməcbur olub məni o vaxtkı Xanlar, indiki Samux şəhərinə apardı. Qohumlarınhimayəsində orta məktəbi başa vurdumg

...Mən əlboyda qızcığaz idim. Samuxdan Saatlıya qayıdıb valideynlərimin xeyir-duasınıalmaq, təhsilimi davam etdirmək istəyirdim. Birdən səninlə qarşılaşdımg Birdənelə bil ki, kimsə mənim ürəyimdəki həmin o oxumaq arzumu, istəyimi ovcunagötürdü. Bir əlinin içində saxlayıb, ikinci əli ilə də ürəyimin o boşalmışyerinə sənin sevgini qoydug Nağıllarda olduğu kimi, sanki birdən-birə ömrümünsirdaşı, ömrümün ikinci parası, cismimin ikinci yarısı mənimlə üz-üzə dayandı.Nə edəcəyimi, nə deyəcəyimi qərarlaşdıra bilmədim. Çünki mənim əvəzimə də səndanışdın, sən qərar verdin. Tək bircə kəlmə dedin:

- Sona,narahat olma, ailə quraq, özüm səni oxudacam!

Bəli, məniməvəzimə elə mənim istədiyimi dedin. Sən də öz dediyindən dönə bilmədin, dönməyəgücün də çatmadı, heç bu barədə fikirləşmədin də. Oxumaq üçün xeyir-dua almağagəlmişdim. Onunla qovuşmağımın xeyir-duasını aldım. Adımız qoşalaşdı: - Sona vəÇərkəz!

Mən sözünütutdum. Elə sən də sözünü tutdun. 1966-cı ilin payızında Saatlıda bir toyçalındı. Yenə nağıllarda olduğu kimi bu toyun səs-sorağı hər tərəfə yayıldı.Pərən-pərən düşmüş həmyerlilərimiz, doğmalarımız toy evinə üz tutdu. Valideynlərimizə gözaydınlığı verib bizə Tanrıdan xoşbəxtlik dilədilər. Doğrudan da biz xoşbəxtolduq. Bunu ilk dəfə sən sözünü tutan gün hiss etdim. Çünki sən demişdin ki, "Sona, səni özümoxudacam". Özün də qoluma girib məni o vaxtkı M.F.Axundov adına Dillərİnstitutuna gətirdin. Sənədlərimi verib rus dili və ədəbiyyatı fakültəsinəqəbul olundum. Bu sevincin ardınca, yənibeş ay sonra ilk övladımız dünyaya gəldi. İkimiz bir damın altında, bu böyükBakı şəhərində işlədik, oxuduq, uşaq böyütdük. Tələbə ananın qayğıları başdanaşanda böyük bir elm ocağında dərs deyən, tanınan, sayılan, xatiri əziz tutulanata ona yardımçı oldug körpənin beşiyinin yanında oturdug yüyrüyünü yellətdi.Beləcə, bir ailə möhkəmləndig beləcə övladlar böyüdü.

Mən bir söz adamı kimi, bir yazı-pozuyakönül vermiş insan kimi oxuyub, artıq az da olsa məzmunundan xəbərdar olduğunuzyazımın ilk hissəsini vəhylə yazdım - Sona xanımın dilindən yazdım...

Bu vəhyi dəmənə təkcə öz xatirələrim gətirmədi, bu vəhyi mənə həm də nə vaxtdan bəristolumun üstündə olan "Bəxtimə düşən dünya" adlı məktublar toplusubağışladı. Mən o məktubların təkcə imzalarını gözdən keçirəndə özmüəllimlərimin nə qədər böyük, əzəmətli, namuslu, vicdanlı, həm də işıqlı vəəsl azərbaycanlı olduqlarını sanki bütün çılpaqlığı ilə yenidən kəşf etdim. Tamsəmimi deyirəm, bu məktublar toplusuna qədər Çərkəz müəllimi, Sona xanımıyalnız universitet dəhlizlərində, auditoriyalarda gördüyüm kimi yadımdasaxlamışdım, yaddaşıma köçürmüşdüm. Amma məktublar toplusunu oxuduqca onlarıdaha fərqli, daha müxtəlif prizmalardan gördüm və hər iki əziz müəllimiminbarəsində bu qədər az bildiyimə görə həqiqətən üzüldüm! Elə ona görə də həmintopludakı bir-birindən səmimi fikirlərin işığına bürünüb yenidən onlara üzçevirdim. Köməyimə Azərbaycanın tanınmış söz, sənət adamlarının, mətbuatişçilərinin, ziyalılarının fikirləri, pıçıltıları çatdı. Xalq şairi Bəxtiyar Vahabzadənin, görkəmlialimlərimiz Tofiq Hacıyevin, Nizami Cəfərovun, millət vəkili RəbiyyətAslanovanın, professor Kamil Vəli Nərimanoğlunun, Mehriban Vəzirin, TelliPənahqızının, Nüsrət Kəsəmənlinin və daha neçə-neçə dəyərli insanların Sonaxanıma ünvanlanmış kövrək və ürəkdən gələn işıqlı fikirləri məni də qoynunaaldı. Həmin o işığın altında Sona xanımın mənə bağışladığı kitabdakı şəkilləridə bir-bir gözədən keçirdim. Baxdığım şəkillərin yaratdığı ovqatı ifadə etməkmənim üçün çətindir. Çünki bu şəkillərin hər biri təkcə ömrün bir anı deyil. Buşəkillərin hər biri həm də bir ömrün silsiləsidir, zəncirvari şəkildə uzanıbgedir. Və o şəkillər özü ilə birlikdə Çərkəz müəllimi, Sona xanımı tanıyan hərkəsi götürüb aparır - uşaqlıq illərinə, tələbəlik illərinə, universitetillərinə, evdə böyüyən körpələrin qığıltısına, bir sözlə, 1994-cü ilin iyunayının 3-nə qədər yaşanmış ən doğma günlərə, aylara, illərə qədər.

Düşünməyinki, ömür qısa olub, xoşbəxtlik barmaqsayı günlərdə yaşanıb. Yox, mən sizinlərazılaşmıram. Çünki mənim tanıdığım Çəkəz müəllimlə Sona xanımın birlikdəolduqları günlərin hər biri gecəli-gündüzlü təkcə 24 saata bərabər deyildi. Ogünlərin hər biri mənim inancıma görə ən azı 50 il, 100 ilə bərabər idi. Çünkihəmin günlər başdan-başa sevgiyə, məhəbbətə, etibara, sədaqətə, səmimiyyətə,halallığa, qarşılıqlı inama, bir-birinə güvəncə, bir-birinə dayaq durmağa,bir-birinin olmağa həsr olunmuşdu. Deməli, bütün bunları həmin günündəqiqələrinə, saatlarına vuranda görün zamanın ölçüsü nə boyda olur.

Deməli,rəhmətlik Çərkəz müəllim bu dünyada bir müəllim, bir alim kimisayılıb-seçildiyi kimi, bir şəxsiyyət, bir ömür-gün yoldaşı kimi də çoxşərəfli, çox samballı, çox qiymətli tale payı yaşayıb. Özü də hamının həsədaparacağı tale payı!

Deməli,Sona xanım bu dünyada təkcə müəllim, alim, yazar kimi yox, həm də bir qadın,bir ana kimi də dünyanın ən böyük sevgisinə, etibarına, sədaqətinə,səmimiyyətinə sahib olub. Bax, bu cütlüyün, bu qoşa qanadın birgə həyatlarısözün bütün mənalarında həm gözəl bir sevgi dastanı, həm gözəl bir ailə nümunəsi, həm gözəl bir ziyalıocağı, həm də gözəl bir sədaqət rəmzidir. Bu isə az-az adama nəsib olurg bunuaz-az sevənlər yaşaya bilərg bunu Allah ancaq sevdiyi insanlara bəxş edir!

Mən buyazımı təkcə müəllimliyinə, xanımlığına deyil, həm də bütöv şəxsiyyətinə,dözümünə, sədaqətinə və bir də çəkdiyiağrıların yükündən sınmadığına görə, böyük ehtiram bəslədiyim dəyərli Sonaxanımın ad gününə hədiyyə etmək istəyi ilə qələmə aldım. Bilmirəm necə alındı?Amma inanın ki, bu ailə ilə bağlıyaşantılarımı çox ələdim, yaddaşımın süzgəcindən çox keçirdim. İstədimki, Çərkəz müəllimin ruhuna, onun Sona müəllimlə birgə yaşayan xatirələrinə birtələbə ehtiramı ortaya qoyum. Bilmirəm, bacardım, yoxsa yox, amma sonda həmişəkönül verdiyim, həmişə özümə sirdaş saydığım, dərdlərimə ünvanladığım birşeirimi də bu yazıya əlavə edirəm.

Qollarımıaçmışam

Dolan,boynuma dərdim!

Canı-dildəndeyirəm-

Bəlan boynuma,dərdim!

Üzüyolauşağam

Arx üstündəbaşağam!

Çoxqısnama, çaşaram-

Yalanboynuma dərdim!

Min illərdiköç ötür

Yüyrəkötür, gec ötür!

Sən yaxşınıseç, götür-

Qalanboynuma, dərdim!

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV