adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2019 10:16
2804
HADİSƏ
A- A+

Bakıda külək dayanacağı dağıtdı

Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb.

Adalet.az-ın məlumatına görə, paytaxtın bəzi hissəsələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.

Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində çəkdiyimiz görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. Dayanacaq sakinlər üçün təhlükə yaradıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.