adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Yanvar 2019 10:06
11534
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ALLAHDAN EDİLƏN RİCA

Ruhum yatır sinəndə
Əlini günlük elə...
Ruhunu da ona qoş -
Yanını güllük elə...

Nə yuxumdan çıxıb get ,
Nə də fikrimi tərk et!
Harayıma hər an yet -
Ömrümü tünlük elə...

Qəlb boşdusa - ev kimi ...
Demərəm dön , sev, kimi!
Ona dəli sevgimi -
Allah , min illik elə!