adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Çəkmə bizi Mor-Mora

YUSİF GÜNAYDIN
302706 | 2013-04-20 08:06

MusaƏləkbərliyə

Dedin qoyməkanımız bu dəfə "Mor-Mor" olsun,

Ocağımızgur yansın, manqalımız qor olsun.

Demədin ki,"can" deyək, cavab bizə "çor" olsun,

Gərək meyleliyəydik o gün lavaşla şora,

Uyub şairsözünə getməyəydik Mor-Mora.

O, qart ayıətiydi, yoxsa ki, quzu əti?

Özü də çoxdüşmüşdü deyəsən duzu ətin,

Bir də bizəqıyma gəl, bu "dadı", bu "ləzzəti",

Qıyma əzizdostların vaxtsız köç etsin gora!..

İnsafınolsun, Musa, çəkmə bizi Mor-Mora!

Özün dedinki , orda kiloynan ət verirlər,

Elə deyil,a qardaş, batmannan dərd verirlər.

Haqlıiradımıza cavabı sərt verirlər.

Rəzilolarıq bir də düşsə yolumuz ora,

Ağrın alım,ay Musa, çəkmə bizi Mor-Mora!

Bir yandantövlə iyi, bir yandan hin qoxusu,

Qanın,gönün, cəmdəyin, daha nəyin qoxusu,

Çökdüdamağımıza qatı peyin qoxusu,

Haram oldudaddığım, bizi gətirdin hara?

Günlərlə acda qalsam, bir də gəlməm Mor-Mora!

Bilirəmşair dostum, Mor-Mor sənə əzizdi,

Gədəbəykartofu da alma kimi ləzizdi,

Amma bu "zor ziyafət" üzdü məni nə üzdü!

Damıqızıldan ola, döşəməsi zər, xara,

Qurbansənə, ay Musa, çəkmə bizi Mor-Mora!

Hər yerdə,hər süfrədə nəfis, dadlı kabab var,

Büllurqədəhlər içrə al qırmızı şərab var.

Bir də buragəlməyək, bu yerdə iztirab var,

Başqayerdə şellənək, sonra gedək xor-xora,

Qadan alımay Musa, gəl getməyək Mor-Mora!

17 sentyabr2012

Bakı,"Mor-Mor" kafesi

"Zirəddinhavası"

ZirəddinQafarlıya

Qışın sərtküləyi var,

Bu nəyinqovğasıdı?

Havada meyiyi var,

Zirəddinhavasıdı.

Bu havadaoyanan,

Qızışmaqhəvəsidi.

Getməburdan o yana

Zirəddinhavasıdı.

Bu səhərbir yüz atdım,

Bu hələharasıdı

Demə günahabatdım

Zirəddinhavasıdı.

Xaş var,xaşıl kimidir

Xaş var,xaşın xasıdı

Kim ötürür,kim udur

Zirəddinhavasıdı.

Ya aş as,ya halva çal,

Bizənuşolasıdı.

Dur oynaqbir hava çal,

Zirəddinhavasıdı...

YusifGünaydın

TƏQVİM / ARXİV