adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Çiçək, ləçək məsələsi bizlik deyil!

SAMİRƏ ƏŞRƏF
53800 | 2013-04-20 08:06

Məmləkətinhavası da neçə gündü qan-qan deyir. Elə bir allah da bir parça çörəkqazanmaqdan ötrü küçələrə tökülən insanların qəsdinə durub. Həmin o bir parçaçörəyi də pulla alırlar. Pulu da ki, hələ küçələrə səpələnən görməmişik.

Ölkədə azqala hər gün baş verən ət ürpərdici hadisələr zatən bu millətin xoşbəxt olmaşanslarını yerli-dibli yox edibdir.

Günəşin hərsəhər ilk göz-qaş elədiyi uzaq Yaponiya ellərində albalı ağacları ilə doluolan bir park var. Deməli, hər ilyüzlərlə yapon, küllü xalq şəklində həmin albalı çiçəklərinin açılmasına tamaşaetmək üçün evlərindən çıxıb o parka tökülüşürlər.

Allahaşükür bizdə nə o qədər albalı ağaclarıyoxdu, nə də xoşbəxt olmaq üçün gedib o ağaclara baxmaq istəyən insanlar. Bütündünyanın bəhər gördüyü ən nadir təbiət neməti olan zeytun ağaclarına bizimküçələrimizdə əhəmiyyət verən yoxdu. Qalmışdı albalı ağacları ola. Bəlkə dəalbalı ağacları olsaydı, çiçəklənməsinə tamaşa etməsək də, bəhər verəndə gedibonların başına dırmaşıb qarnımızı doyurardıq. Lakin, çiçək, ləçək məsələsibizlik deyil!

Bizdə indihamı yalanla, palanla günlərini yola verir. Bəli, bizdə yalan ayaq tutubyerimir, qaçır. Addıma bir də bir yetimin qapısını döyüb onu ağlar günə qoyur.Ər arvadını aldadır, arvad ərini. Övlad valideynini, valideyn övladını. Nəbaşınıza ağrı verim. Biz çox ağır bir zəmanəyə, dövrə gəlib ürcah olmuşuq.

Əvvəllərbir neçə saytlar vardı ki, səhərlər gündəlik xəbərləri ordan izləyərdim.Televizora baxmamağın tələbatını onlar vasitəsi ilə ödəyərdim. Sonra gördüm ki,yox, səksən faizi yalan, cəlbedici, cinayətə təhrik edən başlıqlarla dolu olanbu saytlar da yollarını azdılar. Ona görə ki, işin başında əlahəzrət yalan vəpul dayanır.

Məktəbliqızın anasında olmadığına görə, xalasının çantasından pul oğurlayıb aparıbtələbkar müəllimə verməsi və sonra məsələdən duyuq düşən xalanın və ananınpsixoloji basqısı, həmin qızı səkkizinci mərtəbədən özünü atıb intihar etməsinəsəbəb olur. Və əgər saytlar bu xəbərin mahiyyətini, səbəbini bir kənara qoyub,iki, üç cümləlik başlıqla vəhşət yaradırlarsa, o zaman ortaya yekə bir sualhoppanıb düşür. Əcəba biz hardayaşayırıq?!! Bəlkə elə işıqlı dünya dediyimiz yer, cəhənnəmin düz ortasıdı.Xəbərimiz yoxdu.

Əgərbilib-bilmədiyimiz bir cəhənnəm varsa, həmin cəhənnəmdə günahı olanlar qırqazanına, mən nə bilim kömür tonqalına atılıb yandırılırlarsa, onda elə budünyada günahlı günahsız hər gün nə qədər insan yanıb kül olur.

Türkiyədənpeyk antenaları vasitəsi ilə evlərimizə, ekranlarımıza, ordan da avaminsanların təfəkkürünə soxulmağı bacaran bir qrup təbliğat xarakterli diniqüvvələrin hazırladıqları dizi-tamaşalara inansaq, yenə cəhənnəm diyarına düşübyananların ahına bir əli çomaqlı nurani baba Dədə Qorqud sayağı peyda olubcavab verir. Bizdə isə göz görəti bu qədər od tutub alışanlara, intihar edənlərə,küçələrdə dilənənlərə, yağışda, qarda bir tikə çörəkdən ötrü it zülmü çəkənlərəbircə adam çıxıb cavab vermir.

Hələ birməndə avam-avam durub yazımın əvvəlində Yaponiyadan, oranın milli parklarında(milli olub, olmadığını dəqiq bilmirəm) çiçəkləyən albalı ağaclarından, oağaclara tamaşa etməyə gedən yüzlərlə insanlardan söhbət açıram. Bunlar həmininsanlardılar ki, ilə ən azı iyirmi, otuz kitab oxuyurlar. Elə bir o qədər dəfilm, teatr izləyirlər. Bizdə bu göstəricini uzağı ən məhsuldar yazıçıya aidetmək olar. Bir az dərinə gedib eşələsək məlum olar ki, heç o, yazıçı da buqədər kitab oxumur, ildə iki dəfə teatra, kinoteatra getmir.

Əgər birvətəndaş ölkəsinin gənc yazıçısının hələ də yetmiş beş yaşlı qoca olduğunubilirsə, daha hansı albalı çiçəklərindən söhbət gedə bilər?

Bizimməmləkət insanlarının xoşbəxtliyi o qədər bəsit məsələlərə gedib dirənir ki,adamın yazmağa da əli qalxmır.

Metroyabaxanda, mənim üçün avtobus əhvalatları, insanları daha maraqlı olur. Çünki,bir qrup insanlar var ki, özlərini hələ də metrolarda idarə etməyi bacarabilirlər. Tamam başqa bir qrup insan isə sovet dövrünün nostalgiyasını məhzmetrolarda bir neçə dəqiqəlik də olsa,bərpa etməyə çalışırlar. Bir də görürsən ki,rus milliyyətindən olan bir xanım gəlib əyləşdi qatarda. O dəqiqəətrafdakı insanlarda az da olsa,məsuliyyət hissi pərvəriş edir. Hamı özünün səksəninci illərinəvvəllərində zənn edir. Nə də olsa, mədəniyyəti bu məmləkətə onlar bəxş edib.Bunu danmaq ən azı ədalətsizlik olardı.

Lakinavtobus elə bir yerdi ki, burda necə deyərlər, hamı sərbəstdi. Kim nə istəyirdanışır, yeyir, içir. Hətta tum da çırtlayır.

Bu günlərdəmən də şeytanın qıçını sındırıb evdən çıxmışdım. Açığı bir yerə gedəndə çoxvaxt gecikdiyimdən tələsik və əsəbi oluram. Buna görə də ətrafda heç kimə fikirvermirəm. Amma geri qayıdanda, oluram müşahidəçi. Ümumiyyətlə, indi ətrafdaolduqca çox saylı tiplər mövcuddur. Bu tiplərlə biz lap İncəsənət İnstitutundada tanış olabilərik. Elə gediş haqqı iyirmi qəpiklik avtobuslarda da.

Əlqərəz,mindim avtobusa. Əlimdə də Həmid Herisçinin "Konspiroloq" kitabı.Səni yanasan fələk, konspirologiya hara, bucamaat hara? Qaldım məəttəl. Tez kitabı qatlayıb qoydum çantama. Vallah,Həmid Herisçidən utandım, yoxsa, üzə salıb oxuyardım ki, xalqın neqativəməllərini görüb kədərlənməyim. Nə isə məşğul oldum, insan tiplərini izləməyə.

Yazı-pozuadamlarının, sinələrinə döyüb qürrələnən aktyorlardan, rejissorlardan bir üstünlükləri ondadır ki, onlar gündə birrol oynayıb insanların xasiyyətlərini daxillərindən keçirib uzun illərdən sonraistənilən insanı anındaca tanımağa müvəffəq olmurlar. Çünki, yazıçılar birbaşahəmin insanların, tiplərin obrazları yaradırlar... Və elə anadangəlmə aşıq diliilə desəm insan sərrafı doğulurlar. Uzun-uzadı yollara, səhnələrə nə hacət?

Nə isə,ora-bura söz toxumağı bir kənara qoyub, avtobusa qayıdıram. Mən kitabı təzəcəçantama qoyub yerimi rahatlamışdım ki, iki dənə əndazəli gəlin xeylağı gəlibəyləşdilər mənimlə üz-üzə olan boş oturacaqlarda. Qadınlardan biri qırx yaşa təzə-təzəgəlib çatıb. O biri qadın isə otuz yaşlarında olardı.

Baxışlarındansadəlövhlük, qorxaqlıq yağan, mənimlə üzbəüz əyləşən gəlinin otuz yaşı ancaqolar. Bəlkə də otuzdan da az. Hamilə idi. Bir əlində yalan olmasın ona yaxınqutab olan bir paket tutmuşdu. O biri əlində isə epikriz yazılmış kağız.Gəlinin baxışları çox əsəbi və narahatıydı. O, epikrizi qatlayıb jaketinincibinə qoydu. Sonra səbirsiz-səbirsiz ətrafına boylandı. Tez-tez əlindəkiqutablara baxırdı. Aradan beş dəqiqəyə yaxın vaxt keçirdi. Avtobus isətərpənmək bilmirdi. Bu hayda əlində qutab tutmuş olan qadın dözməyibqutablardan birini götürüb yeməyə başladı. Görünür o, avtobusun yola düşməsinigözləyirdi ki, qutablarını hərənin başı öz işinə qatışanda yesin. Ammaavtobusun gecikməsinə dözə bilmədi.

Ümumiyyətlə,bizim insanlarımızda çox qəribə bir xasiyyət var. Küçədə, toyda, restoranda,lap balaca bir kafedə belə onlar qarınlarına yemək yeməyə çəkinirlər. Ay balam,axı burda qeyri- adi nə var? Guya indi çəkindiyiniz, sizə göz qoyduğunu zənnetdiyiniz o qlamur, elitar təbəqə yemək yemir? Niyə yemir ki?! Yeyirlər də,hələ üstündən bir qədəh də yaxşı çaxır içirlər.

Nə isəavtobus yola düşəndə qadının əlində sonuncu qutab qalmışdı ki, onu da bir gözqırpımında nuşi-can edib əllərini elə bir-birinə sürtməklə yağını qurutdu. Birlitrlik su butulkasını açıb bir xeyli də su içdi. Sonra cibindəki həkimkağızını çıxardıb bir xeyli ona baxıb gülümsədi. Təzədən kağızı cibinə qoyubmənə baxdı...

...Baho,qadın deyəsən mənim varlığımdan hələ indi xəbər tuturdu. O, məni altdan yuxarı"mənalı-mənalı" süzüb başını avtobusun pəncərəsinə dayayıb gözləriniyumdu. Qadının üzündə sadəlövh xoşbəxtlik peyda olmuşdu. Mən bilmədim bayaqdangördüyüm bu mənzərədən sevinim, ya kədərlənim. Nə də olsa, uzun illərdən sonraqarşımda bir xoşbəxt insan dayanmışdı. Lakin bu xoşbəxtliyin hansı səbəblərdənyarandığını fikirləşəndə, kədərlənməyi üstün tutdum.

SamirəƏşrəf

TƏQVİM / ARXİV