adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

SİNƏSİ DAĞLI LALƏLƏR

FƏRİDƏ RƏHİMLİ
242182 | 2013-04-20 08:05

Bahar ilıqnəfəsiylə, yaşıllığı, gül-çiçəyi, hətta aramsız yağışıyla ruhu oxşayır. Bugözəllik içində səs-küydən, problemlərdən uzaqlaşıb, təbiətin qoynuna, sakitbir guşəyə çəkilmək istəyi keçir ürəklərdən.

İşğalolunduqdan sonra geri qaytarılaraq bərpa olunan kəndimizdə yaxınlarımın toymərasimidir. Başqa vaxt bu, adi bir hadisə kimi qarşılana bilərdi. Amma indivəziyyət göründüyü kimi deyildi.

Kəndimizinsakinlərinin səksən faizi iri şəhərlərdən, ətraf rayonlardan dəstə-dəstə geridönüblər. Çoxu kənarda özünə rahat şərait qurmuş olsa da, Vətəndən kənardayaşaya bilmədiyindən çətin şəraitli kəndimizi üstün tutdular. Yurd həsrətininacısını dadmayanlar bu ehtiyacı anlamazlar. İçində torpaq təəssübkeşliyi,ulularına, əcdadlarına olan bağlılıq onları bu yurda səslədi. Başqa heç yerdətapa bilməyəcəkləri daxili rahatlığa, huzuraancaq burada qovuşa biləcəklərini anladıqlarından yurda qayıtdılar. Çoxşeylər dəyişsə də, əvvəlki sabitlik pozulsa da, bunları bərpa etmək mümkünolacağını güman edib, qayıtdılar...

Heç nəəvvəlki kimi deyildi. Düşmən hər şeyi yerlə-yeksan etmişdi. Uşaqlıq, gənclikxatirələrimizi süngüylə, tankla, topla silib yox etmişdi. Xatirələri çözməküçün tutunacaq bir ağac da qalmamışdı...

Kənd yenidən qurulur. İndi ancaq yuxularımızdagörə biləcəyimiz, yaxud gözlərimizi yumaraq bu mənzərədən uzaqlaşıb keçmişdəolanları düşünərək, o xatirələrin sorağına düşmək olar. O da ancaq nostaljihisslər, təəssüflər, göz yaşları ilə...Ağsaqqalların, ağbirçəklərin doxsan doqquz faizi yurd həsrətinə dözməyibdünyasını dəyişdi. Müharibədə şəhid olan, itkin düşən oğullarımızın sayəsindəcavanlarımızın da sırası pozuldu. Köçkünlük həyatında ətraf rayonların gəncləriilə ailə quran qızlarımız kəndə dönə bilmədi. Və... "hara sənin üçünrahatdısa, ora vətəndi!", deyənlərin yeri də hər yerdə olduğu kimi, bukənddə də boş qaldı...

Bunlarıdüşünərək avtomobilin pəncərəsindən bayıra baxıram. Mənzərə içimdəki qüssəniqovur bir anlıq. Bakıdan kəndimizə qədər təbiətin mənzərəsi dəfələrlə gözlərimqarşısında dəyişir. Gah sarı torpaqlı bomboş çöllər, gah qoyun-quzunun ətrafınasəpələnərək otladığı yaşıl təpələr, gah da laləli, süsənli otlaqlar bir-biriniəvəz edir. Təbiətin möcüzəsinə heyran olmaya bilmirsən - yamyaşıl otlarıniçində qıpqırmızı lalələr necə də gözəl görünür! Quşların cəh-cəhi, günəşinilıq təbəssümü təbiətə səsləyir - necədeyərlər, ölüb burda qalmaq keçir insanın ürəyindən...

Həmin gün "günəş partlaması"ndanyaranan güclü maqnit qasırğasının məndə yaratdığı başağrısını kəndə çatanadəkiynələrin, dərmanların köməyilə özümdən uzaqlaşdırmağa nail ola bilməsəm də,orada qaldığım üç gün ərzində bir dəfə də olsa heç bir ağrını hiss etmədim.Doğulduğun, böyüdüyün, ilk dəfə nəfəs aldığın yerin havası da dərmandı insana.Bunu tibb də təsdiq edir. Və bu təsdiqi o gün bütün mənasında daha dərindənanladım...

Cəbhəzonasındakı kəndimizdə toy mərasimidir. Baxmayaraq ki, iki gün əvvəl toymağarının qurulduğunu görən düşmən kəndə müxtəlif silahlardan atəş açaraq,əhvalları pozmağa, qoxutmağa çalışıb, amma orada hər kəs öz normal halında idi.Evin kişisi də, qadını da sinif yoldaşlarım olan bir ailənin həyətinə düşənmərmi onların atını yaralasa da, "Qorxmursunuzmu, atın əvəzinə uşaqlaryaralana bilərdi?" sualıma gülümsünərək, cavab verirlər: qorxaqlar Bakıdayaşayır, kəndə dönə bilmirlər - dedilər...Onların canında olan bu yurdsevgisinə heyran qalıram. Və özümlə apardığım qızıma lalə dərmək üçün çıxmağıqadağan etdiyim üçün utanıram.

Nədənsə,lalələr bu il daha çoxdu. Qan rəngli lalələr sanki qan qoxuyan cəbhə zonasınıneyibini gizləmək istəyir. Gözəlliyi ilə başqalarına ruh verən, öz sinəsi dağlıolan lalələr... bəlkə deyilənlərdə bir həqiqət var, lalələr doğrudan igidlərin,şəhidlərin qanından yaranıb, qidalanıb, ona görə sinəsi dağlıdı...

Dönərkənkəndimizin qəbiristanlığını ziyarət edirəm. Hər dəfə gedərkən kəndə girməmişetdiyim ziyarət bu dəfə adətə görə "qəbir üstündən toya getməzlər"nəsihəti üzündən gecikib. Qəbiristanlıqda öz kəndimizin əhalisindən başqa,qaçqın rayonlardan olan çoxlu sakinlərin qəbirləri də var. Buna görə dəkənardan kəndi xatırladan qəbiristanlıqda uzun zaman qalmalı oluram.Ulularımız, qohum-əqraba, kəndçilərim, müəllimlərim, bir sözlə burada əksərqəbri ziyarət edirəm. Qəbiristanlıqda insan qəribə hisslər keçirir. Busəssizliyin, huzurun içində eyni zamanda bir müdriklik, fəlsəfi fikirləryaranır adamda. Burada dünyanın faniliyini, çalışıb-çapalayıb, yüz dona, minsifətə düşərək var-dövlət, mal-mülk toplamağın mənasızlığını, edilənpisliklərin, özündən səviyyəcə, mənsəbcə aşağılara göstərilən təzyiqin,təkəbbürün yersizliyini və ömrün nə qədər qısa olduğunu anlayırsan. Və indi,qəbirlərin arası ilə addımladıqca qəbirüstə əkilən qızılgülün, yasəmənin və təbiətin xalı kimi döşədiyi yaşıllıqdakılalələrin, çobanyastığının ətri, gözəlliyi və... səssizliyin harmoniyası iləayrılıqların yaratdığı göz yaşları insana bir yüngüllük gətirir.

Yol, toy,həyəcanlı xəbərlər, qəbiristanlıq və yenə yol... Bütün ömrümüz bunlardan ibarətdeyilmi...

P.S. Gecə toy evinə kömək üçün gedən kəndsakini Nicat İsgəndərovun qıçını canavar dişlədi. Ona quduzluq iynəsi"yaxşı" məbləğə başa gəldi. Cəbhə zonasında quduz düşmənin və quduzcanavarların arasında yaşayanlara hərtərəfli yardım etmək hər bir kəsin - dövlətin, səhiyyənin, icra strukturlarınınborcudur.

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV