Faiq QİSMƏTOĞLU: QARANLIĞA DÜŞƏN İŞIQ

FAİQ QİSMƏTOĞLU
40644 | 2019-01-16 13:18

Tələbəlikillərindən Rəhman Salmanlını bizdən fərqləndirən bir neçə cəhət vardı. Bu cəhətlərdənbiri də onun istedadı və zəhmətkeşliyi idi. Rəhman hələ tələbəlik dövründətez-tez arxivlərə gedir, axtarışlar aparır və çox şeyi də bizə bildirməzdi. Bizonda müəyyən şeyləri bildik ki, artıq tələbə dostumuz Rəhman Salmanlı cümhuriyyətdövrünün ziyalılarının, şairlərinin və inqilabçılarının üzərinə salınmış qaranlığaişıq tutub. Sonradan zaman-zaman onun araya-ərsəyə gətirdiyi tarixi sənədlioçerklər işıq üzü gördü. Cümhuriyyət şairi kimi tanınan böyük Əhməd Cavadın həyatvə yaradıclığını araşdırdı. Bu araşdırmalarla yanaşı, o dövrün istiqlalçılarıilə yaxından oxucuları tanış etdi.

Tədqiqatçı-jurnalistarxivlərdə işlədikcə bu tanışlığın coğrafiyası daha da genişləndi. Və onuncümhuriyyət qurucularından bəhs edən tarixi oçerkləri kitaba çevrildi. "Ramazanoğulları”, "Cümhuriyyət şairi”, "Gizli güllələnən alim” kitabları bax, belə nümunələrdəndir. Rəhmanbu kitabları araya-ərsəyə gətirənə qədərçox axtarışlar aparıb, çox əziyyətlər çəkib və axırda da istəyinə nail olub. YəniAzərbaycan oxucusu bir vaxtlar Şura hökuməti tərəfindən ölkənin müstəqilliyini,bütövlüyünü qoruduğuna görə, hər cür şər-böhtan atılan, zindanlara salınan,sonra da günahsız yerə güllələnən böyük ziyalılarını Rəhman Salmanlı kimi tədqiqatçı-jurnalistlərinarxivlərdə uzun illər axtarışından sonra tanıdı. Azərbaycan oxucusu tanıdı ki, HüseynCavidlər, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər "Azərbaycan” deyə-deyə günahsız yerəgüllələniblər.

"AzərbaycanXalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” prezident İlham Əliyev 16 may2017-ci ildə sərəncam imzalayıb. Həmin sərəncamda deyilir: "... Azərbaycan XalqCümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəqola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillikideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilikatributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider HeydərƏliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəniyaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıqməfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidənhəqiqətə çevrilməsinə zəmin yaratdı... "


Bəli, həqiqətəndə bu gün cümhuriyyət dövrünün əsasınıqoyan ziyalılar, siyasətçilər və inqilabçılar ölkəmizdə böyük sevgiyləqarşılanır. Çünki xalq gec-tez əsl həqiqəti bildi. Rəhman Salmanlının bu günlərdəçapdan çıxmış "İstiqlal mücahidləri” kitabı da məhz belə bir tarixi arxiv sənədləriəsasında qələmə alınmış yaddaqalan bir kitabdır. Kitabın redaktoru "Azərbaycan”qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovdur. Elmi məsləhətçiisə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

Əvvəlkikitabların elə bu kitab da davamı sayıla bilər. Çünki Rəhman Salmanlı 40 ilbundan əvvəl tarixin qaranlıq səhifələrinə tutduğu işığı bu gün də davametdirib və nəticədə belə bir maraqlı, orijinal və arxiv sənədləri əsasında dəyərlikitab ortaya qoyub.

Kitabınilk səhifəsində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”Azərbaycan Respublikası Prezidentinin sərəncamı dərc edillib. Kitabı vərəqlədikcəbir-birindən maraqlı və tarixi oçerklərlə üzləşirsən. Həmin oçerklərin dil vəüslubu, yazı manerası, orijinal yanaşma tərzi məni bir tələbə dostu olaraq çoxsevindirir. Hər yazıdan, hər oçerkdən hiss edirsən ki, Rəhmanın qələmi daha dapüxtələşib, düşüncə və təfəkkür tərzi elmi əsaslara, tarixi arxivlərə söykənərəkməntiqi nəticə çıxarır.

Kitabdakı"Cümhuriyyət zabiti”, "Azadlıq mübarizəsi”, "Abbasqulu bəy Şadlinski”, "Amur-Dəryasahillərində öldürülən azərbaycanlı”, "Millət təəssübkeşi”, "Qazanpapaq Məhəmməd”,"Milli Ordu qurucularının fəalı”, "İki dəfə ölüm düşərgəsinə sürgünə göndərilənziyalı”, "Mühacir yazar”, "Cümhuriyyət şairi”, "Cahangir Ağazadəni Bakıda güllələdilər”,"Müşfiq ucalığı”, "Unudulmaz Xəlil İbrahim”, "Sürgün adıyla Bakıda güllələndi”,"Ölüm kamerasında "ürəyi dayanan şair””, "İnam bəslədiyi rejimin qurbanı”,"Əksinqilabçı şair”... və digər arxiv sənədləri əsasında qələmə alınan oçerklərsözün həqiqi mənasında bir tarixi yaddaş, bir tarixi həqiqətdir. O tarixi həqiqət ki, onları sovet hökumətixalq düşməni elan edib və güllələyib.

Rəhmanınqələmə aldığı tarixi şəxslər gün işığı kimidir.

O günişığının qarşısını qara buludlar nə vaxt alsa da, amma bu gün işığı o buludunarxasından çıxır və dünyanı öz nuruna bələyir. Əhməd Cavad nur işığıdı, MikayılMüşfiq nur işığıdı, Cavad Axundov nur işığıdı, Hacıbala Cəbiyev nur işığıdı,Abbasqulu bəy Şadlinski nur işığıdı,Yusif Ziya Talıbzadə nur işığıdı, Qazanpapaq Məhəmməd (Məhəmməd Məmmədhüseynoğlu) nur işığıdı, Hüsaməddin Tuğac nur işığıdı... Bu gün işıqlarını zindanlaraatıblar, güllələyiblər... Ancaq onların ideyasını, düşüncəsini və vətənsevgisini məhv edə bilməyiblər. Elə Rəhman Salmanlı da bu işığı, bu nuru, bumübarizəni böyük oxucuya çatdırır və onu düşündürür.

Kitabda"Millət təəssübkeşi Qazanpapaq Məhəmməd” sərlövhəli çox maraqlı bir oçerk diqqətimizicəlb etdi. O Qazanpapaq Məhəmməd ki, ermənilərə qarşı döyüşür və heç vaxt ölümdən,güllədən qorxmur. Gülləni onun alnınasıxsan belə heç vaxt dediyindən dönən deyil. Belə bir qeyrətli igidi, qoçaq insanıhəyat sınağa çəkir. Günlərin bir günü Nuru Paşa Azərbaycana gələndəQazanpapaqla rastlaşır. Kitabda həmin səhnə belə təsvir edilir: "... Buyığıncaqlarda Qazanpapaq oğlu Məhəmməd də iştirak edirdi. O, bəylərin, dəstəbaşlarınoturduğu yerdə əlini qaldıraraq söz alır: "Mən sizinlə razıyam. 115-ə yaxınadamla Bərdə, Ağdam, Tərtər rayonları ərazisində bu işləri öz üzərimə götürürəm...

NuruPaşa çönüb yanında əyləşən Qarxunlu Əşrəf bəyə:

- Yamanötkəm danışır – deyib, onun kimliyi ilə maraqlanır.

-Qazanpapaq oğlu Məhəmməddir, özü də çox mərddir...”

Qazanpapaqoğlu Məhəmməd həm ermənilərə qarşı döyüşür, həm bolşeviklərlə vuruşur, həm dəhaqsızlıq eyləyən qaçaqların qarşısına çıxır. Hətta o, bir dəfə Bərdədə MircəfərBağırovu ölümdən xilas edir və Şurahökuməti ondan çox istifadə edir. Yəni çox qaçaqlarla danışığa gedir, kəndcamaatını qırğından, ölümdən xilas edir. Axırda da elə Mircəfər Bağırovunqurbanı olur. Yəni əməliyyatların birindəonu ruslardan və ermənilərdən ibarət olan bolşeviklər güllələyirlər. Milliqüruru, Vətən sevgisiylə Qazanpapaq oğlu Məhəmməd Azərbaycan tarixinə öz şanlıadını yazmağı bacarır.

RəhmanSalmanlının "İstiqlal mücahidləri” kitabını vərəqlədikcə bir daha biz həmintarixi günlərə qayıdır, hansı haqsızlıqların, ədalətsizliklərin olduğunugörürük. Kimisə qətlə yetirmək olar, kimisə zindana atmaq mümkündür. Ancaqazadlıq ideyalarını və müstəqilliyi heç vaxt öldürmək, güllələmək mümkün deyil.Bu mənada filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlının tarixi sənədlər əsasındaqələmə aldığı bu kitabı çox qaranlıqların üstünə işıq salıb və çox həqiqətləridə bu xalqa, bu millətə çatdırıb. Buna görə bir daha istedadlı tələbə dostum Rəhmanabir yağlı "beş” düşür...


TƏQVİM / ARXİV