POEZİYA - 2011-2012

VAQİF YUSİFLİ
69166 | 2013-04-20 08:01

I

Bu gün-bumaddiləşmiş dünyada əsrlər boyu mənəvi sərvət kimi anılan və sevilən poeziyanındurumunu düşünəndə səni bir az bədbinlik hissi çulğalayır. Fikirləşirsən ki,indi keçən əsrdə olduğu kimi şeiri sevmirlər, oxumurlar və şeir ötən əsrdəkikimi təbliğ olunmur. Amma çox tezliklə bu hisslər səni tərk edir. Böyük"nikbinliklə" düşünürsən ki, artıq üzvlərinin sayı 1500-ü keçənAzərbaycan Yazıçılar Birliyi şair sarıdan heç bir qıtlıq çəkə bilməz. Bu1500-ün ən azı 1000-i şairdir, hələ üstəlik məmləkətimizin rayon, şəhər vəkəndlərində Birliyin üzvü olmayan, amma şair kimi tanınan və tanıdılan ən azı2000 müəllif yaşayır və onların şeir kitabları da düzü-dünyanı bürüyüb. Deməli,istedadının dərəcəsindən asılı olmayaraq məmləkətimizdə 3000 şair yaşayır. Ammabu reallıq əsl həqiqəti ifadə eləmir. 3000 şairin içərisində əsl POEZİYA yaradanlar var ki, onların sayı 100-ükeçəmməz. Təxminən bundan iki dəfə, üç dəfə artıq sayda müəlliflər də var ki,onlar heç də pis yazmırlar, amma böyük poeziya yarada bilmirlər. Qalır böyüksayda müəlliflər ordusu...gOnlar sadəcə nəzmkarlıqla məşğuldurlar.Yazdıqlarının içində bircə obrazlı fikir tapa bilməzsən, amma onlarınyazılarında sanki hər şey yerli-yerindədir. Qafiyə də, vəzn də, nəsə bir məzmunda..

II

İlk növbədə, böyük nikbinliklə qeyd etməyədəyər ki, müasir Azərbaycan poeziyası çoxəsrlik yaşarı ənənələrə sadiqliknümayiş etdirir.

Həyatda,cəmiyyətdə, ictimai aləmdə, ümumən dünyada ciddi, qlobal dəyişikliklər başversə də, sənət aləmində, xüsusilə poeziyada bir çox dəyərlər hələ də özgözəlliyini itirməmişdir. Bu dəyərlər əbədidir, poeziyanın mahiyyətini ifadəedir və zamanın hər bir təlatümündən, sınağından keçə bilir. Həmişə ənənə ilənovatorluğu özündə əks etdirən bu poeziya XXI əsrdə də öz mahiyyətinə, məna vəməntiqinə sadiq qalmışdır. Azərbaycan poeziyasından söz açanda, ilk növbədə,həmin dəyərləri özündə əks etdirən nümunələrdən danışmalıyıq.

III

Böyük rustənqidçisi V.Q.Belinski yazırdı: "Şairin yaradıcılıq fəaliyyətinin mənbəyionun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onunəsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə, şairin şəxsiyyətindəaxtarmaq lazımdır.gƏgər siz şairin şəxsiyyətini ciddi, qərəzsiz və ədalətlətədqiq edib öyrənmiş və şairi düzgün başa düşmüsünüzsə, o halda siz, küləyingücünə, öz şıltaq fantaziyanızın göylərində, haraya gəldi, baş alıbgetmirsiniz, yerdə ayaqlarınız üzərində möhkəmcə dayanırsınız; siz daha şairdənözünüzün arzu edə biləcəyiniz şeyi tələb etmirsiniz, indi siz onun özünün sizəverdiyini qiymətləndirirsiniz; siz özünüzü və başqa şəxsiyyətləri onunlaqarışdırmırsınız. İndi siz onun özünü olduğu kimi, necə varsa, eləcə dəgörürsünüz, siz daha öz fikir və rəyinizi ona sırımır, onun öz ideya vəanlayışlarını götür-qoy edir, onların haqqında düşünürsünüz. Bu halda sizşairlə doğmalaşırsınız".

MüasirAzərbaycan poeziyasında artıq yaradıcılığının kamillik zirvəsinə çatan,"necə varsa, eləcə də görünən" şairlər sırasında Xalq şairi SabirRüstəmxanlını da öndə görürük və onun bizimlə-oxucularla doğmalaşmasının sübutaheç bir ehtiyacı yoxdur.

Doğrudur,67 yaşlı Sabir Rüstəmxanlı 30-40 yaşlı Sabir Rüstəmxanlı deyildir. Böyükvətənpərvərlik duyğularını ifadə edən və Azərbaycançılıq missiyasının poetiktəcəssümünə çevrilən "Vətən","Ana dilim", "Cavad xan", "Bütövlük" kimi şeir və poemalar dövrü arxada qalıb. Bəziləriiddia edir ki, şairin 90-cı illərdə daha çox publisistikaya meyl etməsi vəictimai-siyasi hadisələrdə iştirakı onun poeziyasına mənfi təsir göstərmişdir.Amma bu, yanlış fikirdir və S.Rüstəmxanlı publisistikaya daha çox meyl etsə də,hətta bir neçə sənədli romanın müəllifi olsa da, fasiləsiz olaraq Milli Məclisədeputat seçilsə də, bütün bunlar onun poetik istedadına xələl gətirməmişdir.2011-ci ildə çap olunan ("Azərbaycan" jurnalı, № 5) şeirləri də bunubir daha sübut edir. Onun son illərdə yazdığı şeirlər də mövzuca Azərbaycanla,böyük Türk dünyası ilə bağlıdır, yenə də Təbriz, yenə də Yardımlının uzaq birdağ kəndi, analı duyğular, milli-mənəvi dəyərlərimizin təbliği Sabirinşeirlərinin başlıca leytmotivini təşkil edir.

Bu sabitlikvə dəyişməzlik onun həyata, gerçəkliyə münasibətində də öz əksini tapır. Budur,ömrünün 62 sinnində şair, ona doğma olan kənd yolunda yapa-yalqızdır:

Hər mənzilbaşında bir yeni dünya,

Sarısı,qarası başıma döndü.

Verdimmilyonlara ürək sözümü,

Qayıdıbbaşımın daşına döndü.

Mən Vətənadına sevinc yazırdım,

Ancaq ogözümün yaşına döndü.

Sevgi dəcəzaymış, xidmət də cəza,

Yenə kəndyolunda yapa-yalqızam.

Meşəsaraldıqca çöllər göyərir,

Saralan damənəm, yaşıl da mənəm.

Qartalındönüşü yuvasınadı,

Bir bax, oqayalar qaşında mənəm.

Nə olsun,bir yolun sonu yetişdi,

Yenə bircığırın başında mənəm.

Yollara canverdim yol aza-aza,

Yenə kəndyolunda yapa-yalqızam!

"Kəndyolunda yapa-yalqız" qalan şair bu dəyişməzliyi dağlara baxanda da görür:"Sonuncu ümidim, ünvanım kimi Şükürki bu dağlar öz yerindədir".

S.Rüstəmxanlıpoeziyası üçün səciyyəvi olan müqəddəsliyin vəsfi XXI əsrdə də davam edir vəyeni çalarlarla diqqəti cəlb edir. Payızın sarılığında körpə zəmilərin yazrəngini görən şair, "əlində ölməzlik çələngi" bu dünyanın nəşəsinəqoşulur: " Sən də badəyə dön, ay əlçim bulud, Qaldırım başımı göyləreşqinə!"

Doğrudanda, yaşın bu çağlarında belə bir nikbinliyə heyrət etməmək olmur. Dünyanıngözəlliyinə, təbiətin ona bəxş etdiyi zövqi-səfaya heyranlıq hissi tükənmədiyiüçündür ki:

O gölqədəhini qaldır, qoca dağ,

Nuş elə, lapnəfəs kəsəsi olsun.

Mən ömrümuzunu səni öymüşəm,

Sən də birağız de, əvəzi olsun!

Elə sehirvar ki, bu ucalıqda

Ürəyidəyişər, vaxtı çaşdırar.

Dağlar adgünümə hədiyyə kimi

Ruhumuyenidən cavanlaşdırar.

"Ruhuncavanlığı" həyata, insana, gözəlliyə nikbin münasibətdən irəli gəlir.Ümumiyyətlə, şairlərimizin və şeirlərimizin "ağlar" günlərində SabirRüstəmxanlı kimi şairlər həmişə "ruhun cavanlığını" və nikbinliyiqoruyub saxlamışlar. Təbii ki, bu nikbinlik heç də həyatdakı, cəmiyyətdəki,dünyadakı fəsadları, sosial bəlaları inkar eləmir, əksinə, şair, eyninikbinliklə Şəri, mənfiliyi, antigözəlliyi rədd edir. Daha böyük anlamda(Millət, xalq): "Türkün ata yurdunda Ermənistan qurulmuş, İştahının sonuyox, içdiyi qan az deyir, Cəlladlar püsqudadır!.. Türk xalqı "olmaz"deyir!. Millət "Qarabağ" deyir, bunlar "petrol","qaz" deyir, Sivil canavarlara türk xalqı "olmaz!"deyir!" Ayrı-ayrı fərdlərtimsalında:

Alver eləməKəlbəcər kəlməsiylə,

Nə Şuşa söyülə, nə Laçın-

Qapınınarxasında boynubükük durursa

Bir şəhidanası, bir uzun saçlı...

Əyri gözləbaxdınsa

bir əsgərailəsinə,

namussuzsözü azdır sənə!

Evindəsəslənmirsə türkcə layla,

Sənə nəfərqi getmiş dağ, itmiş yayla!

Yuxunagirirsə hər gün

düşmənqohumlarının turşumuş üzü-

danışmaXocalı qırğınından.

Xəyalındankeçməsin Cıdır düzü!..

Yamaqlıçadırlarda

uşaqlarıacdırsa qardaşının,

taleyisənlik deyil

soyuqsəngər daşının...

IV

Müasirpoeziyamızda torpaqla, təbiətlə bağlı poetik düşüncələr yeni deyil və zamanınbütün dönəmlərində şeirimiz bu düşüncələrlə zəngin olub. Lakin etiraf edək ki,son iyirmi ildə şeirimizdə təbiətin səsini az eşidirik.

Bircə MusaYaqubdu ki, təbiətin pozulmuş nizamı şeirlərində əks-səda tapır, viran olmuşbağlar, cah-cəlalı əldən getmiş meşələrharay çəkir, təbiətin də cəmiyyət kimi harmoniyasızlığa uğraması,antigözəlliyin meydan sulaması ağrıya çevrilir.

Hanı bumeşənin yaşıl qatları,

Dəmirağacları, şah palıdları...

Sapıözümüzdən olan baltalar

Yaman kəsdibizi, oğradı bizi.

Alıbözümüzdən doğradı bizi.

Palıdı,çinarı siftə doğradı,

Bizikötüyümüz üstə doğradı,

Sapıözümüzdən olan baltalar.

Cəmiyyətdəbaş verən xaos, hərc-mərclik təbiətdə də öz izini buraxdı. Vaxtilə təbiətintalanına, meşələrin qırılmasına, çayların qurumasına, ceyranın ovlanmasınaqarşı hüquq-mühafizə orqanlarından daha artıq fəallıq göstərən poeziyadan indihəyəcan siqnalını eşitmirik. Səbəb nədir?

Çoxsəbəblər aramaq olar. Biz bunların səbəblərini izah etmək fikrində deyilik, onagörə ki, cavabını poeziyada axtaracağıq.

Bu baxımdanAğasəfanın yaradıcılığı, xüsusilə, onun son illərdə qələmə aldığı şeirlər,poemalar üzərində dayanmaq olar. Bu o Ağasəfadır ki, hal-hazırda öz doğmakəndi-Xızının Qarabulaq kəndində yaşayır. Asfalt yolun olmadığı, nəqliyyatınçox çətinliklə ayaq basdığı, az qala müasir sivilizasiyadan uzaq olan bu kəndiniki fərqləndirici xüsusiyyəti var.

Biri odurki, Qarabulaq kəndi asfalt yoldan, müasir kənd üçün vacib olan atributlardanməhrum olsa da, öz təbii gözəlliyi ilə bu çatışmazlıqların hamısını unutdurur.

Biri dəodur ki, bu kənddə ürəyi sözlə dolu bir şair-bir kənd müəllimi yaşayır. Bu, oAğasəfadır ki, onun poeziyasının mayeyi-cövhəri elə bu kəndin dağları, çölləri,bulaqları, gülləri, çiçəkləridir.

Şimşəklərinbənzəri var qılınca,

Ağ buluduoxşatdım ağ balınca,

Qara buludağ buludun dalınca

Bu zirvədəno zirvəyə at çapır.

Ağasəfanın"Göydələndən baxan uşaq"poeması müasir dövrün çox ağrılı bir probleminə toxunur, amma olsun ki,bu ağrılı problemi hamı eyni dərəcədə, eyni həssaslıqla qəbul eləməsin.

ÇünkiBakıda göydələnləri ucaldan bir milli, ya qeyri-milli iş adamı üçün Ağasəfanınvə bizim bir çoxumuzun keçirdiyi hisslərin, duyğuların heç bir əhəmiyyətiyox... Poema dəyişən dünyanın sürətli ritminə, ahənginə dözə bilməyən və dözməkistəməyən təbiət və torpaq adamının düşüncələrini ifadə edir. Bu torpaq vətəbiət adamı ayağını yerdən üzüb göydələndə yaşayanların torpaqdan, isti təndirçörəyindən, yaşıl zəmilərdən, sərin bulaqlardan, yaşıl meşələrdən, əsənküləklərdən uzaq düşdüyünü faciəvi bir hal kimi qəbul edir:

Bizim bu Yerkürəsi

Tanrınınarabası.

Bütün bugöydələnlər

Şeytanınyelləncəyi.

Hələqabaqda imiş

İnsanıngörəcəyi.

Göylərcənnət qapısı,

Cəhənnəmgirəcəyi.

Göydələndəngörünmür

Bəşəringələcəyi...

En torpağa,en, qayıt!

Döntorpağa, dön, qayıt!

(ardı gələn şənbəsayımızda)

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV