adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2019 10:53
9460
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: HƏR GÜN ETDİYİM DUA

Hər günə dua düşür -
Var olduğumuz üçün...
Biz biri - birimizə -
Yar !- olduğumuz üçün...

Ömür adlı çevrəyə
Ürək hər gün SEV !- deyə...
Bir əbədi sevgiyə -
Bar olduğumuz üçün...

Məkanı türbələnə
Öpəsən , qürrələnə...
Göy dələn zirvələrə -
Qar olduğumuz üçün...

Mən Haqqa sadiq bəndə
Mələklik gördüm səndə!
Etmirik sən də , mən də -
Ar! - olduğumuz üçün...

Ruhumu dindir , tərpət
Xoşbəxtik , xoşbəxt əlbət!
Bir -birimizə sərvət -
var olduğumuz üçün!..