Tariyel Vəliyev - bir ilin ağrısı

ETİBAR CƏBRAYILOĞLU
88742 | 2013-04-20 08:00

Günlər,aylar, illər elə-belə getmirlər. Gedəndə özləri ilə yaxından-uzaqdantanıdığımız, ətrafımızda görməyə alışdığımız insanları da özləri ilə aparırlar.

TariyelVəliyev də ötən il belə günlərin birində, belə günlərin birinə qoşulub getdi.Bir ildir ki, ailədə, çalışdığı telekanalda, dərs dediyi ali məktəbdə yerigörünür.

Rəsmitarixi qaynaqlar deyir ki, əməkdar incəsənət xadimi Tariyel Təyyar oğlu Vəliyev1944-cü il fevralın 24-də İmişlidə anadan olub. Müsahibələrinin birində"Mən televiziyaya nağıllar aləmi kimi baxırdım" - deyən TariyelVəliyev bu nağıllar aləminin real, canlı əfsanələrindən birinə çevrildi.Gələcəkdə Azərbaycan televiziyasının tarixini araşdıranlar Tariyel Vəliyevfaktından yan keçə bilməyəcəklər.

O, milliteleviziyamız tarixində ilk serialın quruluşçu rejissorudu. Aslan Qəhrəmanlınınqələmə aldığı "Səni axtarıram", "Bağışla", "Səndənxəbərsiz" trilogiyasına verdiyi quruluş o zaman inanılmaz populyarlıqqazandı. Seyid Hüseynin "Məhəbbət macərası", İlyas Əfəndiyevin "Sənhəmişə mənimləsən", Anarın "Ötən ilin son gecəsi", MayBayciyevin "Duel", Əzizə Əhmədovanın "Pəncərədə işıq"...əsərləri əsasında mükəmməl teletamaşalar hazırlayıb.

Uzun illərpedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetindəəvvəlcə müəllim, "Kinoşünaslıq" kafedrasının müdiri olub. 2007-ciildən ömrünün sonuna kimi isə həmin ali məktəbdə "Televiziyarejissorluğu" kafedrasına rəhbərlik edib.

"Sizsiz

mənimölümüm..."

TariyelVəliyevin yoxluğundan bir il ötür. Dostları bir ildi ki, bu ağrını yaşayırlar.Şair Tofiq Abdin mərhum Tariyel Vəliyevlə bağlı ürək sözlərinə bir zamanlaryazdığı ""Ölməyin məndən qabaq" şeirindən sitatla başladı:

gedirsiniz...

kiminiziürək çökdürür

birarkadaşın düyün sonrası

bu bəlkəbir alın yazısı

kiminizi

təzə birölüm tərcihi

bir poliszopası

gedirsiniz...

bu dünyailə tənha buraxıb məni

gedirsiniz...

sizsizmənim ölümüm

yaraşıqsızolacaq

siziaraya-araya

qapalıgözlərim açıq qalacaq

YazıçıAslan Qəhrəmanlı deyəndə, mən həmişə Tariyel Vəliyevi də düşünmüşəm və mənə eləgəlir ki, bu sənətkarların hər ikisi bizim hər birimizdən, şəxsən məndən şanslıyaradıcı olublar.

Aslan ilkseriallar yazan yazarlarımızdan biridi, Tariyel bəy də onu seriallaşdıransənətkarlardandı. Onların bu işbirliyi haqqında Aslan müəllim həmişə mənədanışırdı və hər danışanda da bir şeyivurğulayırdı ki, Tariyel özünə baxan adam deyildi. Bu özünə baxmaqda mən ikidüşüncə içində olardım: bir var geyiminə-keçiminə baxmaq və bir də varsəhhətinə baxmaq. Mənim tanıdığım Tariyel bəy hər zaman çox səliqəli geyinən,işində də, sənətində də bu səliqəni yaradıcı surətdə gözləyən bir insan idi.

SevimliTariyel bəy haqqında çox şeylər danışa bilərəm. Tariyeli bir insan, birsənətkar kimi uzun illər müşahidə etmişəm. Yazıla biləsi o qədər məqamlar varki...

Tariyelbizləri çox sevirdi və bizlərə simpatiya ilə yanaşan bir yaradıcı idi. Eləburadaca bir məsələni aydınladım. Bizləri, yəni, kimləri? Biz rayon uşaqlarını.O zamanlar biz hər kəsdən bir istilik, bir doğma baxış axtardığımız illərdə Tariyelkimi sənətkarların bizlərlə, məsələn, məndən başqa Kamal Abdullayevlə işləməsionun qəlbinin ən çarpıcı tərəflərindən idi.

Bu gözəl vəunudulmaz rejissor-pedaqoq Tariyel Vəliyev mənim çox sevdiyim, böyük simpatiyabəslədiyim sənət adamı idi. Və üstəlik də gözəllik aşiqi idi. Həyatda da,sənətdə də. Bu isə davam edən bir söhbətin mövzusudu. Nə qədər canımızda canvar, deməli Tariyel Vəliyev haqqında düşüncələrimiz davam edəcək".

"Ucadandanışmayan

zirvədəkiTariyel"

Müsahibələrininbirində Tariyel Vəliyev televiziyadakı həyatını belə xarakterizə etmişdi:"Televiziya mənim həyatımın əsas hissəsidi. Özümü başqa sahədə təsəvvüredə bilmirəm".

"AzərbaycanTeleviziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti HəmkarlarKomitəsi sədrinin müavini Mübariz Süleymanlı uzun illər Tariyel Vəliyevlə birkollektivdə çalışıb. Mərhum rejissorla bağlı işıqlı xatirələri qalıb:"Tariyel Vəliyevin adı çəkiləndə gözlərim önünə böyük bir ziyalı, mədənivə təvazökar bir insan obrazı gəlir. İş otaqlarımız eyni mərtəbədə olduğundanhər gün görüşür, söhbətləşirdik. Yaşca məndən böyük olsa da, bunu heç vaxt hissetdirməz, özündən cavanlarla tez ünsiyyət qurardı. Qarşısındakı insana hörmətvə ehtiramla yanaşardı. Yəqin elə ona görədir ki, kollektivdə hamı onun xətriniistəyirdi. İnanmıram kimsə Tariyel müəllim haqqında nəsə xoşagəlməyən bir sözdesin. Sənətin zirvəsində olmağına baxmayaraq bir dəfə də ucadandanışmadı.

ƏmirhüseynMəcid, Kərim Kərimov, Nazim Abbas, Ramiz Həsənoğlu kimi tanınmış televiziyaişçiləri ilə xüsusi münasibətləri var idi. Sanki televiziya ilə nəfəs alırdı vəövladlarına da bunu aşılamaq istəyirdi. Onları tez-tez iş yerinə gətirərdi. Bugün atasının yolunu layiqincə davam etdirməyə çalışan oğlu Vüqar gözümüz önündəböyüyüb.

Ölümündəntəxminən 10 gün qabaq Həmkarlar Komitəsinin sədri Sərhəd Qasımovun kabinetinəgəlmişdi, görüşüb söhbətləşdik. Çox şən görünürdü. Nə biləydik ki..."

"Birgözümüz gülür,

bir gözümüzağlayırdı"

TariyelVəliyev öz peşəsini mükəmməl bilən və bildiklərini gənclərə həvəslə öyrədənistedadlı pedaqoq idi. Mədəniyyət və İncəsənət Universitetində onu yalnız xoşsözlərlə anırlar.

"Səhnədanışığı" kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoruZülfiyyə Eldarqızının yaddaşında Tariyel müəllim belə qalıb: "Tariyel müəlliministedadlı televiziya rejissoru olduğunu bilirdim. Çünki quruluş verdiyiteletamaşalara maraqla baxmışdım. Amma onunla heç vaxt təmaslarım olmamışdı.Tariyel müəllim bir zamanlar çalışdığım kafedraya müdir təyin olunandasəhhətimlə bağlı işə çıxmırdım. Evdə hər gün düşünürdüm ki, görən necə adamdı,işləmək mümkün olacaqmı? Kafedrada ilk görüşümüzdəcə bütün suallara cavabtapdım. İnsana xas olan bütün müsbət keyfiyyətlər Tariyel müəllimdəcəmləşmişdi. İstedadlı olduğu qədər də sadə idi. Bəzən elə adamlara rastgəlirsən ki, heç bir istedad yoxdu, lakin bütün günü özünü tərifləyir.Azərbaycan televiziyası tarixində çox böyük yaradıcılıq işlərinə imza atanTariyel müəllim isə heç vaxt özünü öyməz, təriflənməsini də istəməzdi.Mədəniyyət və İncəsənət Universitetinin tədbirlərinə aparıcılıq edəndə onunbütün rəsmi titullarını sayardım. Hər dəfə tədbirdən sonra yaxınlaşıb"Lazım deyil, elə sadəcə Tariyel Vəliyev kimi təqdim etsən kifayətdi"- deyərdi. Heç bir tədbirdə, yığıncaqda özünü göstərməyə çalışmazdı. AmmaTariyel müəllimin orada olmağı mərasimə bir sanbal qatırdı.

İstedadlırejissor, pedaqoq olmaqla yanaşı, həm də gözəl psixoloq idi. Kafedraəməkdaşlarını, tələbələrini bir baxışdan hiss edirdi, sanki ürəyimizi oxuyurdu.Yaşlı bir əməkdaşımız var idi. Evə getməyə hazırlaşanda Tariyel müəllimin nəişi olursa-olsun, tez özünü çatdırar, həmin xanımın paltosunu tutardı. Bizondan çox şey öyrənirdik.

Sonra işelə gətirdi ki, Tariyel Vəliyev yeni yaranan "Televiziyarejissorluğu" kafedrasına müdir təyin olundu. Buna baxmayaraq, bütünbayramlarda zəng edir, diqqət göstərirdi. Tədbirlərin birində çıxışım deyəsənxoşuna gəlmişdi. Zəng edib təbrik etdi və dedi ki, səninlə bağlı planlarım var.Bir neçə dəfə çalışdığı kafedraya getdim, hər dəfə də söhbət etmək mümkünolmadı, dedi qalsın başqa bir vaxta. Mənimlə bağlı fikirlərini öyrənə bilmədim.Hər dəfə yadıma düşəndə özümü qınayıram, gərək soruşaydım.

Çox mülayiminsan idi. Yəqin ki, xəstəliyinin də xətrinə dəymək istəmədi. Doğrudan dagünlər ildırım sürəti ilə ötür. Elə bil dünən idi, Tariyel müəllimin vəfatıxəbərini eşidəndə hamı şoka düşmüşdü. Həmin gün xanım əməkdaşlarımızdan birinintoyu idi. Həmin toyda bir gözümüz gülür, bir gözümüz ağlayırdı".

TariyelVəliyevin vəfatından bir il ötür. Bir neçə gündən sonra təqvimdə yenə aprelinhəmin günü gələcək. Tariyel müəllimin getdiyi gün...

EtibarCƏBRAYILOĞLU

TƏQVİM / ARXİV