adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Yanvar 2019 10:45
8076
SİYASƏT
A- A+

Zəlimxan Məmmədli: “Məni ictimai fəallığıma görə Gürcüstana buraxmırlar...”

"Məni gürcülər 2014-cü ilin oktyabr ayından Gürcüstana buraxmırlar”.

Bu sözləri Borçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədli Adalet.aza açıqlamasında söyləyib.

Zəlimxan Məmmədlini bu yaxınlarda Gürcüstan sərhəddindən keçməyə icazə verməyiblər. Məsələ ilə bağlı Z.Məmmədli ilə əlaqə saxladıq. Onun sözlərinə görə, Gürcüstana buraxılmamasının səbəbi hüquq pozuntusu deyil: "Sırf ictimai fəallığım və soydaşlarımızın pozulan hüquqlarına biganə qalmamağımızla bağlıdır”.

Sədr daha sonra bunları söyləyib: "Minlərlə soydaşımızın qatılımı ilə baş tutan Elat mədəniyyəti günləri tədbirlərimiz, gürcüləşdirilmiş toponimlərin bərpasını tələb etməyimiz, torpaq və s. Problemləri qaldırmağımız, görünür, indiki Gürcüstan rəhbərliyinin markalarına toxunur. Şovinizm və milli kimliyimizə aqressiv yanaşma da səbəblər sırasındadır”.