adalet.az header logo
  • Bakı 11°C
15 Yanvar 2019 18:00
7879
SİYASƏT
A- A+

Məmmədyarov və Mnatsakanyan sabah görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.

Adalet.az Azərbaycan XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.