adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Yanvar 2019 15:41
8842
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DOĞMALAŞAN UZAQLAR ...

Bir vaxtlar -
qürbət bilib -
getməyə ərindiyim
uzaqlar,
İndi
doğma gəlib
ürəyimə , ruhuma...

Hətta,
bir sirr açım,
yata biləndə
sakitcə
girir yuxuma...
öncə
olana inanmadım
amma,
sonra anladım...

axı sən -
cismən -
uzaqdasan,
Göy üzündən
o yandakı QADIN!-
uzaqda..
Odur ki ,
bu yozumun
nə demək olduğunu,

yaxşı bilir
uşaq da !..