Əsgərlikdən təzə gələn gənci öldürənlər TUTULDU
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olan məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.
F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Digər Xəbərlər
29 Mart 2024 09:59
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı
29 Mart 2024 09:50Xankəndidə silah-sursat aşkarlandı
28 Mart 2024 16:46Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO
28 Mart 2024 12:23Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46