adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Yanvar 2019 12:32
9903
SİYASƏT
A- A+

“Aksiyanın vaxtı bu gün bilinəcək” – Akif Nağıdan açıqlama

Xəbər verildiyi kimi, "İntelsat 33" peyk operatoru Dağlıq Qarabağdakı qondarma rejimin ”Artsax TV" adlı telekanalını yayımlamağa başlayıb. Erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb. Hətta belə məlumatlar var ki, "Artsax TV” Qarabağa turist cəlb etmək üçün təbliğat xarakterli reklam proqramları, verilişlər təqdim edəcək. Amerika peykində olan "İntelsat 33" peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağın separatçı ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Məsələnin aktuallığını nəzərə alıb Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə əlaqə saxladıq. Akif Nağı erməni kanalının açılmasına hökümətin sərt reaksiya verməsini dilə gətirdi. "ABŞ qondarma rejimi müdafiə edir və biz də buna qarşıyıq”.

Akif Nağı daha sonra bildirdi ki, Amerika səfirliyinin önündə aksiyalara başlayacaqlar. Aksiyaların nə vaxt olacağı sualına isə QAT sədri bu cür cavab verdi: "Bu gün, saat 2-də idarə heyyətimizin toplantısı olacaq. O toplantıda aksiyaların vaxtı müəyyənləşəcək”.