adalet.az header logo
  • Bakı 18°C
15 Yanvar 2019 11:37
2530
HADİSƏ
A- A+

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 9-u yaralanıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanvarın 14-də ölkədə137cinayət faktı qeydə alınıb, onların da27-si "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan10cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə21nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan14nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında5yol-nəqliyyat hadisəsi baş verib, nəticədə2nəfər ölüb,9nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli15, qanunsuz saxlanılan silah-sursatla bağlı1fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən30nəfər saxlanılıb.