adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Yanvar 2019 11:34
5077
GÜNDƏM
A- A+

Rüfət Aslanlı barəsindəki qalmaqallı şikayət TƏSDİQLƏNDİ - RƏSMİ

"Bu gün verəcəyim açıqlama prosesin sonrakı gedişinə mane ola bilər".

"Bu gün verəcəyim açıqlama prosesin sonrakı gedişinə mane ola bilər".Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son günlər matbuatda Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı ilə bağlı türk iş adami tərəfindən ona ümvanlanan şikayət məktubu ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

K.Əliyev bu səbəbdən də açıqlama vermək istəməyib.


Qeyd edək ki, bir neçə gün öncə "Qafqazinfo"da Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində sensasiyalı məlumat yer alıb. Həmin məlumatdan aydın olur ki, R.Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunub.

Müraciət müəllifi olan Türkiyə Respublikasının "Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə, şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən "Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.

Onlar İtaliyanin Milan şəhərinə gedərək orada "Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan "BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıblar.

M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı "FOUR SEASONS” hotelindəki suitlərində iclaslar keçirdiyini bildirib. Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, "smart” ve səslə işləyən tualetlər, barmaq izi ilə açılan qapılar və "smart”, soyuduculu şərab dolabları, "Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr, yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib.

Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.

Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da, o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.

Qeyd edək ki, 2012-ci ildə R.Aslanlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyirdi. Bu baxımdan türk iş adamının müraciətində qeyd etdiyi əşyaları almaq üçün onun vəsaiti haradan əldə etdiyi maraq doğurur - dövlət məmurlarının bizneslə məşğul olması qanunla qadağandır.