adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Yanvar 2019 00:21
3781
GÜNDƏM
A- A+

Qədim Bayat yurdunun nişanələri...

Şamaxı-Çarhan yolunun sağ hissəsində, kənddən 3 km aralıda qədim qalıqları nəzərə çarpan Bayat kəndinin yaşayış məskəni kimi yurd ocaqlarının "göz dağlayan" quzeyində eyni adlı bulağın da yeri var, gün çıxanında isə "Allahu-Əkbər yoxuşu" yerləşir.
Bu yerlər 1918-1920-ci illərdə birləşmiş düşmən (hay-daşnak və rus-bolşevik) qüvvələrinin hücumunda səngər rolunu oynamışdır.
Və həmin hissədə Şəhid olmuş 5-ci Qafqaz İslam Ordusunun 10-cu piyada alayının əsgərinin məzarının nişanəsi indi də orda qalmaqdadır.
Şamaxı qəzasında o dövrdə ağır cəbhə xəttindən birinin keçdiyi Çarhan-Bayat-Şamaxı istiqamətində gedən döyüşlərdə qardaş türk əsgərlərindən şəhid olanların 7 nəfəri isə Çarhan kənd qəbirstanlığında dəfn olunmuşlar (kəndin girişində yolun sağ və sol hissələrində).
Bu barədə həmin tarixi hadisələrin şahidi olmuş kənd sakini Ceyran Bəhram qızının (1887-1981) söylədiklərini oğlu Sabir Həmzə oğlu Dəmirov (1935) bildirdi. Həmin ərəfədə Çarhan kəndindən cənub-şərqdə, 5 km aralıda yerləşən Nüydü kəndi ətrafında gedən döyüşlərdə də Şəhid olmuş türk döyüşçüsünün məzarının yerini deyən Səbahəddin Zeynal oğlunun (1945) sözünə görə bu müqəddəs ocaq kənd sakini Müjgan Məşədi Kazım qızının (1930-2015) həyətində, tək gavalı ağacının yanında qalmaqdadır, mamaırlaşmış baş və sinə daşları nişanə olmaqla.

Qismət Yunusoğlu,
BDU-nun müəllimi