adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Yanvar 2019 17:31
8377
MƏMLƏKƏT
A- A+

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi ilə bağlı hazırlıq işlərinə başlanılıb

20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri görülür.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır. İşlər yanvarın 19-da yekunlaşacaq.

Artıq Şəhidlər Xiyabanına ziyarətçi axını da çoxalıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.