BiR NEçƏ KƏLMƏ FUTBOL HAQQINDA

AQİL ABBAS
28723 | 2009-04-15 00:06
Azərbaycan futbolu zərbəçi əmək növbəsində dayanaraq sosializm yarışını gündən-günə sürətləndirir. Beşillik planı üç ildə yerinə yetirmək üçün futbolçularımız əllərindən gələni, sponsorlarımız isə ciblərindən gələni əsirgəmirlər. Afrikada neqr qalmayıb, hamısını yığıb gətirmişik Bakıya. Ömürlərində doğru-dürüst sup görməyənlər kabab yeməkdən bordağa bağlanmış buğaya dönüblər. Gürcüstanda, Avropada da nə qədər xlam var yaşıl meydançalarımızda top yox, at oynadırlar.
   
   Azərbaycan futbolu zərbəçi əmək növbəsində dayanaraq sosializm yarışını gündən-günə sürətləndirir. Beşillik planı üç ildə yerinə yetirmək üçün futbolçularımız əllərindən gələni, sponsorlarımız isə ciblərindən gələni əsirgəmirlər. Afrikada neqr qalmayıb, hamısını yığıb gətirmişik Bakıya. Ömürlərində doğru-dürüst sup görməyənlər kabab yeməkdən bordağa bağlanmış buğaya dönüblər. Gürcüstanda, Avropada da nə qədər xlam var yaşıl meydançalarımızda top yox, at oynadırlar.
   
   Azərbaycanlı futbolçular da bəzən aylarla maaş almır, ehtiyat oturacaqlarında əsnəyə-əsnəyə adamyaların mənasız oyunlarını izləyirlər.
   
   Mən həmişə yazmışam və yenə yazıram, Azərbaycanda futbol oynamırlar, top-top oynayırlar. Futbol ayrı şeydi, top-top ayrı şey. Və ən maraqlısı odur ki, deyəsən, bizim futbolçular boş vaxtlarında heç Avropada gedən oyunlara da baxmırlar ki, görələr futbol necə olur.
   
   Lətifəsi uzaq, deyirlər baxmaqla öyrənmək olsaydı qəssab dükanının qabağındakı itlər çoxdan qəssab olardılar. Hər halda deyirəm, yənig
   
   Adamın Allahı var, "Xəzər"in (o da Ağasəlimin dönəmində) və "Neftçi"nin oyunlarında az-çox futbol var.
   
   Mən də futbolu az-çox bilən adamam. Məsələn, Ağasəlim Mircavadov kimi bilməsəm də, Azərbaycanın milli komandasının baş məşqçisi Foqts qədər bilirəm, tripaçlıq olmasın, bəlkə bir az da çox.
   
   Bu yazını başqa şeyə görə yazmışam.
   
   Məsələ nədi? "Olimpik"lə "Bakı"nın oyununda futbol mədəniyyətindən çox uzaq bir olay baş verdi. "Bakı" komandasının oyunçusu Peres meydançada zədələnmə olduğuna görə topu auta atdı. Futbol mədəniyyətinə görə "Olimpik"in oyunçusu topu autdan "Bakı" komandasına qaytarmalı idi. Amma Mahir Şükürov neylədi? Topu atdı Yunian Suaresə (adına quzu kəsim), o da gözlənilmədən topu vurdu "Bakı"nın qapısına. "Bakı"nın qapıçısı Sissoko da (sənin də adına bir quzu kəsim) bunu gözləmədiyindən qol oldu.
   
   Hələ sonra da öpüşmə-əmişmə başladı, xəcalət əvəzinə.
   
   Futbolda belə şeylər ola bilər və ola bilir. Amma dərhal səhv edən komanda səhvini avtoqolla, ya nə bilim nəylə düzəldir. Və belə şeylər futbol mədəniyyəti olan yerdə olur, top-top oynanılan yerdə yox. Ona görə də heç kəsi qınamaq lazım deyil.
   
   Amma bir faktı maraqlı olduğu üçün oxuculara çatdırmaq istəyirəm.
   
   İki il bundan öncə Yaponiyanın bir klubu Asiyanın UEFA çempionatında başqa bir ölkənin bir klubu ilə oynayırdı, Tokioda. Və belə bir hadisə oldu. Qonaqlar zədələnməyə görə topu meydandan kənara atdılar. Yaponlar topu autdan özü də öz meydançalarında öz oyunçularına atarkən oyunçu da topu qonaqlara vermək üçün göndərdi qonaqların qapıçısına. Və top təsadüfən qapıdan keçdi. Allah-Allah, bütün stadion ayağa qalxmışdı. Azarkeşlər öz klublarına bağırırdılar. Təsadüfən topu vuran futbolçu çaşıb qalmışdı, dizi üstə düşmüşdü, həm azarkeşlərdən, həm də qonaqlardan üzr istəyirdi. Oyunun qurtarmasına da dörd dəqiqə qalmışdı. Yaponlar qonaqları tam buraxmışdılar ki, qolun əvəzini vursunlar. Nəhayət, oyunun qurtarmasına bir dəqiqə qalmış qonaqlar bir top vurdular.
   
   Allah-Allah, stadion bu dəfə də ayağa qalxmışdı və öz klublarını alqışlayırdılar. Yapon futbolçuları isə əl-ələ tutaraq əllərini də yuxarı qaldırıb azarkeşlərini salamlaya-salamlaya bütün stadion boyu dövrə vurdular.
   
   Köpəkoğlunun yaponları, o boyda yapondular Allahın xaşını bişirə bilmirlər.
   
   

TƏQVİM / ARXİV