adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Yanvar 2019 18:33
10243
SAĞLAMLIQ
A- A+

Qəbizliyə xalq təbabəti ilə son qoyun

Qəbizlik müasir insanlar arasında ən yayılmış pozulmalardan biridir. Xalq təbabəti vasitələri qəbizliklə mübarizədə çox yaxşı effekt verir.

Adalet.az Saglamolun.az-a istinadən sizə belə effektli vasitələrdən birini təqdim edir.

Bizə lazım olacaq: 1 dolu olmayan x.q buğda kəpəyi, 1 stəkan təzə qatıq, 4 qara gavalı qurusu.

Gavalını yaxşı yuyun, isti suda bir neçə dəqiqə saxlayın ki, yumşalsın, sonra xırda-xırda doğrayın və ya blenderdən keçirin. Gavalının üzərə buğda kəpəyi, sonra qatıq tökün, qarışdırın, 1 saat saxlayın, sonra qəbul edin. Bunu axşamdan etmək lazımdır. Qarışım bağırsaqları əla təmizləyir, qəbizliyi aradan qaldırır, arıqlamağa yardım edir.