adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Yanvar 2019 12:15
12427
DÜNYA
A- A+

Meksikada turist avtobusu aşıb - 35 yaralı

Meksikanın şimal-qərbində yerləşən Sinaloa ştatında turist avtobusu qəzaya uğrayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 35 nəfər xəsarət alıb. Yaralılar arasında yerli turistlərlə yanaşı, amerikalıların da olduğu bildirilib. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.