adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Yanvar 2019 17:35
12587
KRİMİNAL
A- A+

Salyanda qoyun oğruları saxlanılıb

Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin Salyan rayonu ərazisində başqa oğurluq hadisələrini də törətmələri üzə çıxıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Böyükkişi Hacıyevin və Elmar Şıxəliyevin ətraflarında Salyan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 1 mağazadan 1500 manat, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, 3 həyətyanı sahədən isə 17 baş qoyun oğurlamaları da müəyyən edilib.