ANA SƏHİFƏ / SİYASƏT

Deputat: "Ölkəmizin nüfuzu artdıqca anti-Azərbaycan qüvvələr..."

3300    |   2019-01-11 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizin nüfuzu artdıqca anti-Azərbaycan qüvvələr hər fürsətdən yararlanmaq istəyirlər. Adalet.az xəbər verir ki, bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü aclıq aksiyası keçirən bloqer Mehman Hüseynovla bağlı bəyanat yayıb.

R.Əliyev qeyd edib ki, hazırda Fransanı "sarı jilet”lər aksiyasının bürüdüyü bir vaxtda bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin Mehman Hüseynovla bağlı açıqlaması çox təəccüb doğurur: "Özünü demokratik bir ölkə hesab edən Fransada nümayişçilərə qarşı su şırnaqlarından, dəyənəklərdən və digər şiddət vasitələrindən istifadə olunur, 4500-ən çox nümayişçi saxlanılıb. Bu ölkənin, Avropanın və dünyanın özünü demokratik ölkələr sayan dövlətlərin nə rəsmi qurumları, nə də mətbuat orqanları bu hadisələrə heç bir münasibət bildirmirlər".

Deputat əlavə edib ki, bütün bunlar Avropada, eləcə də dünyada ikili standartlar siyasətinin hələ davam etdiyini göstərir:

"Rəsmi Fransanın bu addımı həm də onu göstərir ki, bu ölkədə erməni lobbisinin təsiri güclüdür və vaxtaşırı olaraq bu qüvvələrin çirkin anti-Azərbaycan təbliğatı işə düşür. Azərbaycanın nüfuzu artdıqca, dünyada mövqeyi gücləndikcə Azərbaycanı istəməyən bu qüvvələr hər fürsətdən yararlanmaq istəyirlər. Bunlar eyni zamanda Azərbaycana qarşı təzyiq vasitəsi kimi qəbul edilməlidir. Ancaq bu qüvvələr bilməlidir ki, Azərbaycan müstəqil, demokratik, dünyada söz sahibi olan ölkədir və belə təzyiqlərin heç bir faydası olmayacaq, Azərbaycan özünün müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcək".




İmza:

Prezident bu qanuna dəyişiklik etdi

“Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın” - Baş nazirin müavini

Deputatlarımız ABŞ-a səfər edəcəklər

Hikmət Hacıyev Berlində Dağlıq Qarabağ münaqişəsi ilə müzakirələr aparıb

“Müəllifin fantaziyasından başqa bir şey deyil” - Əli Həsənov

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Saakaşvili partiya liderliyindən gedir

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”

"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi

Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"

Bu sərəncam ədalət və humanizmin təntənəsidir - SORĞU

SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK