Əbülfət MƏDƏTOĞLU: HƏR GÜN DAHA ÇOX

ƏBÜLFƏT MƏDƏTOĞLU
51827 | 2019-01-16 10:11

Yazınınbaşlığını oxuyan kimi heç kim heç nə deməsə də, bilirəm ki, ən birinci oxucumolan, özü də zorən bu missiyanı yerinə yetirən Gülər xanım deyəcək ki,"yenə ağlaşma başladı". Təbii ki, onun fikri yerdə qalmayacaq, dəstəkverən də dərhal münasibətini bildirəcək. Bu münasibət də Şamxal Şəbiyevdən gələcək.Cənab Şəbiyev vurğulayacaq ki, "Allahım, günahım nə idi ki, yenəağlayıram?"

Bəli, mən bugiriş notunu elə-belə təsadüfdən yazmıram. Sadəcə olaraq, sizi bu yazınınmövzusuna hazırlayıram. İstəyirəm ki, heç kim yazını yarımçıq saxlamasın. Hər kəsəgər qəzeti əlinə alıbsa, yaxud internet səhifəsini açıbsa, bir az səbr nümayişetdirsin. Hər halda, səbrdən heç kim ziyan çəkməyibdi.

Bəli, son günlər,hətta elə bu yazını yazmağa başlayanda da doğum günümlə bağlı məni təbrik edənlərinən böyük arzusu tezliklə Qarabağa, doğulduğum torpağa qovuşmaq diləyi olubdu. Məndə bütün arzuların ən müqəddəsi, ən şirini kimi bu diləyi könül açıqlığıyla,sayqı və sevgiylə qarşılamışam. Hətta bu günlərdə həmsöhbət olduğum həmkarlardanbiri mənə şeirlərimlə bağlı sual verərkən soruşdu ki, bu torpaq sevgisi, butorpaq tərənnümü, bu torpağa enmə, qayıtma, baş əymə istəyi sizdə daha çoxqabarıbdı. Səbəbi nədi? Təbii ki, mən də bunu yaşla, dünyanı daha çox anlamaimkanlarımla izah etdim. Amma dəyərli ədəbiyyatşünas,publisist Nərgiz Cabbarlı vurğuladı ki, burda daha çox özünüdərk rol oynayır. Yəniinsan hansı yaşda özünü daha dəqiq anlayırsa, daha yaxşı özünü dərk edirsə, baxonda torpaq sevgisi, torpağa əyilmək arzusu boy verir. Düzünü deyim ki, bu məntiqqarşısında razılaşmalı oldum və anladım ki, hələ tələbəlik illərində kəndimlə,o kəndin coğrafiyası ilə bağlı yazdığım yazılarımda da mən torpağın önündə dizçökmüşəm. Və beləliklə, mən yaşımın bu cağında deyil, elə həmin o uzaq illərdədə torpaq məni özünə çəkirmiş. Bu gün isə bu özünəçəkmək bir az da sürətlənibdi.Ona görə də fikirlərimin şah damarında, mayasında "Torpaq çəkiradamı" etirafı ön cərgədə dayanır. Və bir də...

Bu dünyada güvənliolmaq, güvəncli olmaq sığınmağa, qanadın altına alıb himayə etməyə, sirriniverməyə, sirrini bölməyə, sevirəmsözünü bütün cizgiləri, bütün nöqtə-vergülünə kimi deməyə və onun qarşılığınıalmağa, ən nəhayət, başını çiyninə söykəməyə bir ünvan varsa, deməli,yaşayırsan... deməli, özün də xoşbəxtsən... elə sənin sevdiyin də xoşbəxtdir...Və bu xoşbəxtlik həm varlığındı, həm ruhundu, həm də onun sənə köçmüş varlığı vəruhudu. Bu, bütövlükdə təklənmək yox, tək olmaq deməkdir, bir olmaq deməkdir.Çox təəssüf ki, hamı BİR ola bilmir, hamı hardasa, nədəsə ya qırılır, ya məsafəsaxlayır, ya uzaqlaşır, ya da...

Bəli, mən indiöz-özümə düşünürəm və düşünə-düşünə də nə vaxtsa yazdığım misralarıxatırlayıram:


Yanımda olandavaxt uçub gedir,

Yaman uzun çəkdibu günün ömrü...

Bir günlükayrılıq lap zülüm edir -

Tükənir adamınfil boyda səbri.


Qarışıq xəyallar,üzgün fikirlər

Yapışıb yaxamdandara çəkirlər...

Qalıram təkliyincaynaqlarında -

Könlümü şumlayıbağrı əkirlər...


Vaxtsa nə tələsir,nə yeyin gedir

O özü axarında,o öz işində...

Həsrətlə, eləbil ləlöyün gedir -

Yandırır ruhumubu gedişiylə...


Hə, yəqin ki, buşeirin işartısından, sətiraltı görüntülərindən hiss etdiniz ki, mənim, yəni buşeirin müəllifinin özəl dünyası, öz dünyası hansı durumdadı. Və bu durum da məniməlimdən-ətəyimdən yapışıb torpağa doğru daha sürətlə çəkir. Baxıb görürəm ki,iç dünyamın əzilən, tapdalanan, hətta öldürülən və bəzən də bu qətliamın axanqanına belə etinasız baxan KƏS və kəslər heç nə olmamış kimi ötüb gedirlər. Sənin öləziyən işığın, torpağayaxınlaşan dizlərin onlara heç nə demir və yaxud da onlar bunu eşitmək istəmirlər.Təəssüflə ağrı dolu bir şəkildə vurğulamaq, daha doğrusu, xatırlatmaq istəyirəmki, tapdalanan, öldürülən və söndürülən hər şey insana, onun ürəyinə birbaşa təhdiddir.Bu, bilərəkdən, anlaşıqlı bir vəziyyətdə qəsd etməkdir. Həmin qəsdlər də birgünlə, bir adamla bitmir, yekunlaşmır. Sanki bu silsilə özü-özlüyündə zəncirvarişəkildə davam edərək sonsuzluğa doğru gedir. O sonsuzluğa ki, orda mən yoxam.Orda nələr olacaq sualını cavablandırmaq mənim üçün çox çətindir...

İndi bütöv bir həyatıhissələrə bölmək və bu həyatda kiminhara qədər yer sahibi olduğunu müəyyənləşdirmək də çətindi. Çünki bu dediyim"hara qədər yeri olmağı müəyyənləşdirən nə cihaz var, nə də hansısa başqavasitə.

Doğrudur,xalq deyimində boyun qamışla ölçülməsi həmişə vurğulanıb vəxatırlanıb. Amma həmin "qamış"məsələsi mənim işarə etdiyim mövzuya heç yapışmır da. Ən yaxşı halda, bu, qarğış sahibinin özünün-özünə elə alqışıdı!?Mən isə indi bu qamışın bütün parametrlərini, hətta nəfəsini də duyuram və onagörə də içimdə bir rahatlıq da var. O rahatlıq da ağlından keçən, Allaha üz tutub etdiyimduanın tezliklə gerçəkləşəcəyinə inamımdı. İnanıram ki:


Bir saralmışyarpaqdı

Mehdən qopub düşəcək...

Üstündəpuçurlayan -

Şehdən qopub düşəcək...


Nəm baxışdanüzülür

Neçə yerdənsüzülür...

Dodaq kimibüzülür -

"Eh"dənqopub düşəcək.


Mənə həyatanlatdı

Mən piyada, anatlı...

Ömür özü an adlı-

Behdən qopub düşəcək!..


***

Təsəvvür edinki, hərdən təklənirsiniz. Heç kimi görmək, heç kimi eşitmək istəmirsiniz.Yalnız Allahınızla, ürəyinizlə baş-başa qalmaq istəyirsiniz. Belə bir vaxtdaköməyə, haya çatan, arzulamasanız da Tanrının özü hansısa bir mələyin, hansısabir xəyalın köməyiylə, vasitəsilə ruhumuza hakim olur. Həmin o ruh da alırqanadlarına və səni aparır... aparır və sən bir də baxıb görürsən ki:


Mənim günahlarımnə böyük imiş

Məni ürəyimdəndara çəkirlər...

Mənim günahlarımmənim yerimə -

Xəlvət, üzlərinəqara çəkirlər...


Tanrı sevdalıyamovun, ovunum

Adəm babam kimiqovun, qovulum...

Dənsiz dəyirmantək sovun, sovulum -

Özünüz görün ki,hara çəkirlər.


Qisməti dərdolub mən fağırın da

Çəkdim yüngülündə, lap ağırın da...

Bayram məqamında,il axırında -

Könlümə hədiyyə- yara çəkirlər...


Çırpdım qanadımı- uça bilməyə

Yerimdənsıçrayıb qaça bilməyə...

Əbülfət, kimisəuca pilləyə -

Sənisə astacagora çəkirlər...


Bütün olanlarınvə olmuşların fonunda mənimdüşüncəmlə, mənim ağlımla gerçək olan bir şey var. Onun adı HƏQİQƏTDİR! Hardanbaxsan, necə baxsan o görünəcək. Hətta dumana bürünsə də mütləq o duman çəkiləcək,göy üzü avazıyacaq və o həqiqət görünəcək. Lakin təəssüf etdiyim odur ki, həminhəqiqətin görünmə prosesi çox vaxt aparır, çox uzun çəkir. Elə bil zamanın ətəyindəndaş asılıb, yerimək, hərəkət etmək gücübünü itiribdi. Bax, mən də içimdə,dünyamda olan gerçəyin, həqiqətin bu qədər ləng, astagəl olmasına daxilən əsəbləşirəm.Hətta hərdən olur divara söykənib yumruqlamaq da istəyirəm. Bu da səbəbsizdeyil. Əvvəldə vurğuladığım kimi, səbəb onun hərəkətsizliyi və bir də qarşı tərəfinonu görə bilməməsidi və yaxud da görmək istəməməsidi. Mən bu iki fikrin, yənigörmək və görməmək arasında boğulub qalmışam, nəfəs ala bilmirəm. Çığırmaq,bağırmaq, hay-küy salmaq, ürəyimi, varlığımı, içimi göstərmək və bu ürəyin, buvarlığın, bu için Tanrı sevdalısı olduğunu... Bu dediklərimin haqdan gəldiyini necə sübutedim, necə göstərim?! Yolunu tapa bilmirəm. Ona görə də içimdən, daha doğrusu,ağlımdan keçən budur ki, axı Allah özü verdiyini, özü ruhumda, ürəyimdə göyərtdiyini,oraya toxumunu səpdiyini niyə ona da, yənisənə də, sizə də göstərmir. Axı sevgi bir hiss, bir duyğu olaraq insanın bütünvarlığına hakim kəsiləndə onun qarşısını yalnız ölümlə almaq mümkündür. Çünki sənəgörə, sevmək günahdı, günah da yuyulmalıdı. Bax elə mənim yazdığım kimi:


Bu ömrüm topanurdu

Ziyası seldən dəgurdu...

Fələk qarşımdamil durdu -

Qoymadı, səpibqurtarım...


Mən düzüb cərgəçimləri

Köklədim sarısimləri...

Cücərtdiyim buşivləri -

Sıraya əkibqurtarım...


Boşda qaldı əlimbir az

Qoy dolanım gəlimbir az...

Ləngi, noolar,ölüm bir az -

Cəzamı çəkibqurtarım..


Hə, mənim cəzam əslindətorpağa gec əyilməyim, torpağa gec çatmağımdı. Mən bu cəzanı könül rahatlığı iləçəkirəm. Ona görə ki, bu cəza Səndən gəlir. Mən torpağa qovuşanda sənin bu cəzavermə missiyan başa çatacaq. Onda görəcəksən ki... günahkarın günahına sarılıbgetməsi bir yeri boş qoydu - həm dünyada, həm də sənin ürəyində. Dünya heç... obu boşluğu dolduracaq. Mənim kimi hansısa bir günahkar da gəlib duracaq həminnöqtədə. Amma sənin ürəyindəki boş yerə ancaq göz yaşları axacaqdı. Və ondayadına düşəcək ki, mən sənə yazmışdım:


Heyf ki, bu günlərin

Dadın çıxarmaqolmur.

Ömrün xoşanlarına -

Adın çıxarmaqolmur...


Və sonra onu da əlavəetmişdim ki, (təbii ki, başqa bir şeirdə):


Qayğıyam artıq sənin

Cənnət yolununüstə...

Didilmiş şaldıruhum -

Al, at qolununüstə...


Çiləsin, ya davursun,

Göz yaşınındurusun...

Sər cismimiqurusun -

Tikan kolununüstə...


Məndən nimdaşömrü al,

Qalxsın ortadansual...

Adımı duana sal-

Nakam ölünün üstə!..


Bəli, mən bütünyazı boyu vurğulamaq istədim ki, torpağın üzü artıq ruhuma, ürəyimə yatmır,gözümü oxşamır. Çünki hamıya, xüsusilə sənə və elə özümə də həm yadlaşıram, həmproblemə çevrilirəm, həm də deyəsən göz dağına. Ağlayın, gözləriniz yüngülləşsin...


TƏQVİM / ARXİV