bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis Adalet.az | Evlənmək istəyən yarım milyon insan müayinədən keçdi - Tapılan xəstəliklərin adları Adalet.az | Evlənmək istəyən yarım milyon insan müayinədən keçdi - Tapılan xəstəliklərin adları Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Evlənmək istəyən yarım milyon insan müayinədən keçdi - Tapılan xəstəliklərin adları

7042    |   2019-01-11 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 18 235 nəfərdə talassemiya daşıyıcılığı, 455 nəfərdə İİV/QİÇS, 1 728 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Adalet.az xəbər verir ki, bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 495 548 nəfər insan qan müayinəsindən keçib.

İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 189 cütlük aşkar edilib.

Yalnız 2018-ci il ərzində 131 264 nəfər qan müayinəsinə cəlb edilib.

Onlardan 4 161 nəfərində talassemiya daşıyıcılığı, 173 nəfərdə İİV, 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

2018-ci ildə talassemiya daşıyıcılığı aşkarlanan 55 cütlük prenatal müayinəyə cəlb edilib. Bu cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinə aparılıb. Nəticədə 16 dölün sağlam, 27-də talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam), 12-nin xəstə olduğu aşkarlanıb. Xəstə döllər həkim məsləhəti ilə abort edilib.



İmza:
SON XƏBƏRLƏR
2019-06-19
2019-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK