adalet.az header logo
  • Bakı 16°C
11 Yanvar 2019 15:57
11046
İDMAN
A- A+

Gürcüstanlı hücumçu "Qəbələ"də

"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın xəbərinə görə, Gürcüstanın "Saburtalo" klubunun sabiq hücumçusu Davit Volkovi komandanın düşərgəsindədir. Tibbi baxışdan uğurla keçəcəyi halda onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, peşəkar karyerasına 2012-ci ildə "Qaqra" klubunda başlayan Volkovi 2013-2015-ci illərdə Tiblisi "Dinamo"sunun üzvü olub. O, 2017-ci ildən "Saburtalo"da çıxış edir. Volkovi bu klubun heyətində Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub.