Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Ölkədə buğdanın səpin sahəsi azalıb Adalet.az | Ölkədə buğdanın səpin sahəsi azalıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ölkədə buğdanın səpin sahəsi azalıb

2752    |   2019-01-11 15:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən il dekabrın 1-i vəziyyətinə görə, 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsindən Adalet.az -a verilən məlumata görə, səpin aparılan sahənin 98,3 faizini və yaxud 876 163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun isə 577 252,5 hektarı buğda, 298 702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (43 689,2 hektar) və Cəlilabad (49 100 hektar), Füzuli (26 590,0 hektar), Şamaxı (23 426,5 hektar), İsmayıllı (22 079 hektar), Qobustan (21 231 hektar), Hacıqabul (18 767 hektar) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 hektar) və Neftçala (29485 hektar), Kürdəmir (26 800 hektar), Ağsu (13 602 hektar), Biləsuvar (12 745 hektar), Şamaxı (11 468 hektar), Hacıqabul (10 467 hektar) rayonlarında səpilib.

2017-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2 faiz azalıb.




İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK