adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Yanvar 2019 15:45
8974
HADİSƏ
A- A+

Bakıda “donuz qripi” fırıldaqçıları saxlanıldı

Səhiyyə Nazirliyinin adından istifadə edərək evlərdə müəyyən ödəniş müqabilində "donuz qripi"nə qarşı dezinfeksiya aparan fırıldaqçılar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib.

Onun sözlərinə görə, 2006-ci ildən - ölkədə "quş qripi" olan zamandan bu günə qədər Səhiyyə Nazirliyinin bütün qurumları yolxucu xəstəliklərlə mübarizə aparmağa hazırdır.

Qeyd edək ki, Gürcüstanda "donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirməklə pul alıblar.