adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Yanvar 2019 15:34
7247
MƏMLƏKƏT
A- A+

Bakı-Ələt yolunda rənglənmə işləri aparılır

Bakı-Ələt istiqamətində hərəkətdə olarkən diqqətli olun.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır aparılır.

Sürücülərdən yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.