ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Türkiyə Azərbaycanda yeni məktəb açmaq istəyir

4721    |   2019-01-13 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ildə 2600 türkiyəli gənc əyani formada Azərbaycan universitetlərində təhsilini davam etdirir. Bunların bir qismi öz imkanları ilə, digər qismi isə imtahan verərək qəbul olub.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman bildirib.

Müşavir, həmçinin qiyabi əsaslarla təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması məsələsinə aydınlıq gətirib: "Türkiyədə əyani və qiyabi əsaslarla təhsil alan tələbələrin diplomları eynidir. Bildirimiz kimi, Anadolu Universiteti Azərbaycanda da tədris verir. Lakin Anadolu Universitetinin qiyabi formasından məzun olan tələbələrin diplomları tanınmır. Türkiyədə və dünyanın 33 ölkəsində bu diplomlar tanınır. Hər kəs əyani formada təhsil ala bilmir. Kimlərsə işləyir, həm də təhsil almaq istəyir. Təhsil Nazirliyinin Anadolu Universitetin diplomlarını tanımasını düşünürük. Daha çox insanın təhsil almasını istəyirik. Bü gün texnologiyanın inkişaf etdiyi dövrdə uzaq məsafələrdə təhsil almaq mümkündür”.

M.Ağırman Azərbaycanda yeni türk məktəbinin açılmasını təklif edib: "Şagirdlərə daha yaxşı təhsilin verilməsi üçün məktəbə ehtiyacımız var. Səfirlik və Təhsil Nazirliyi əlindən gələn köməyi edir. Ancaq, arzumuz odur ki, burada yeni türk məktəbi açılsın”.



İmza:
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK