adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Yanvar 2019 14:51
4985
HADİSƏ
A- A+

Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi "Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi "VAZ-21010” markalı avtomobillər toqquşub.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölmüş, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilmişdir.

Quba RPŞ tərəfindən araşdırma aparılır.