Faiq QİSMƏTOĞLU: VƏ BİR UŞAQ...

FAİQ QİSMƏTOĞLU
38129 | 2019-01-13 12:01

... O balaca uşaq anasının əlindən tutub metronun"Xalqlar dostluğu” stansiyasına düşürdü. Anası kartı aparata yaxınlaşdırıbuşağı ilə birlikdə içəri keçdi. Bu vaxtpolis əməkdaşı da o balaca uşağa baxıb çöhrəsində təbəssüm yarandı. Və həttapolis əməkdaşı bu balaca uşaqla zarafatlaşdı da. Mən o uşağın çöhrəsinigörmürdüm. Gördüyüm o idi ki, uşaqanasının əlindən tutub pilləkənlərlə stansiyaya düşmək istəyirdi...

... Arxadan onlara yaxınlaşdım və yanlarından keçəndəo balaca uşaq əllərini çantama toxundurdu. Düşündüm ki, yəqin uşağın əli təsadüfənmənim çantama dəyib. Bir qədər də addım atanda bu balaca uşağın əllərimdən yapışdığınıhiss elədim. Və hiss elədim ki, o balaca uşaq öz doğması, əzizi kimi mənim əlimdənyapışıb və pilləkənlə düşərkən kömək etməyimi istəyir. Bu vaxt anası uşağa rusdilində təpindi. Ancaq uşaq əllərimdən bir az da möhkəm yapışdı...

... Uşağın balaca, toppuş əllərinin hərarətini hisselədim. Və bu balaca, toppuş əlləri olan uşağın çöhrəsində sanki günəşdoğmuşdu. Özüm də hiss etmədən uşağın əllərindən tutaraq düz sonuncu pilləkənəqədər getdik. Anası isə onun sağ əlindən yapışmışdı. Uşağa diqqət yetirəndəhiss etdim ki, fiziki qüsurlu uşaqdı. Bu sıxıntısına baxmayaraq, onun çöhrəsindəvə gözlərində sönməyən bir işıq vardı...

Platformaya gəlib çatanda anası mənə təşəkkür edərəkrus dilində "sposibo” dedi. Uşağa bir neçə dəqiqənin içərisində elə isnişmişdimki, sanki onu çoxdan tanıyırdım və mənim doğmam idi...

... Bir neçə kəlmə uşaqla söhbət elədim. Gördüm ki,bal kimi şirin bu uşağın çox böyük bir ürəyi var. Qatar platformaya daxilolanda uşaq gözlərini mənə zillədi və doğması kimi məni qucaqladı. Alnındanöpüb tanımadığım o uşağı çox əziz bir adam kimi yola saldım. Qatarın pəncərəsindənmənə əl elədi və hətta öpüş göndərdi. Anasının da çöhrəsində bir təbəssümvardı. Və qatar platformadan çıxıb tuneldə gözdən itdi...

Tanımadığım vəilk dəfə gördüyüm o uşaq öz mehribanlığı, şirinliyi və qeyri-adiliyi iləmənim ürəyimin dərinliyində unudulmaz bir iz qoydu. O uşaq yeriməkdə çətinlik çəkirdi,fiziki qüsuru vardı. Və anası da hiss edirdim ki, buna görə çox narahatdı. Onunanasının və özünün ağrısını-acısını incəliyinə qədər anlayırdım. Belə bir deyimvar: "Dərdini o adama de ki, sənin dərdini başa düşür”. Xalq dilində demişolsaq, canı ağrıyan adam ağrıyanı anlayır və bilir.

Bu cür uşaqlara Allah-Təala dərd verəndə başqa birtərəfdən bağlı qapıları onların üzünə açır. Onlar fiziki cəhətdən qüsurlu olsada, ruhən çox sağlam, mübariz və zəhmətkeş olurlar. Mən iki gözü görməyən, ikiayağı olmayan, iki əli əlil olan adam görmüşəm ki, sağlam insanlardan dahagüclüdülər və daha qüvvətlidilər. Onlardakı həyat eşqi adi insanlardakından dəfələrləmöhkəmdi. Bu insanlar dünyanı, Allahı və adamları daha çox sevirlər...

Adını unutduğum xarici bir yazıçının "Zirzəmidə”adlı hekayəsi yadıma düşür. Bu hekayənin qəhrəmanının da iki ayağı yoxdur. Onuniki ayağı olmasa da çox güclü həyat eşqi var. Sabahına ümid bəsləyir, heç kəsə əyilmir.Onu tanıyan adamlar pul verir, arxa durur. Düzdür, bəzən o parka çıxır, pulaxtarır. Ancaq hər adamdan pul qəbul eləmir. Deyir ki, mən ancaq yaxşıadamlardan nəsə qəbul edirəm.

... Bir gün də tanışlarından biri yağış yağarkənonunla birlikdə zirzəmiyə gedir və gördüklərinə məəttəl qalır. Məəttəl qalırki, o burda özünə çox gözəl, çox səliqəli və rahat şərait yaradıb. Fiziki cəhətdənqüsurlu olsa da, yeməyindən tutmuş geyiminə qədər hər şeyə diqqət yetirib. Və həttaevə qonaq gəlmiş tanımadığı adama da süfrə açıb qoyur otralığa. Yəni bu insan həyatını elə qurur ki, kasıb,imkansız olsa da öz xoşbəxtliyini tapa bilir və ona qonaq olan adam da zəngininsanların tapa bilmədiyi rahatlığılı əldə etdiyinə görə, bu insana sevgiyləyanaşır...

Belə baxanda Allah-Təala birinə dərd verəndə başqa bir yandan onun qapısını açır,sevindirir. Biz də Allahın sevindirdiyi adamları sevməyə, qorumağa bir insan olaraq borcluyuq.Bəzən görürsən ki, iki gözü görməyən adamımetroya düşərkən, yaxud da avtobusa minərkən yaxındakılar ona kömək etməkəvəzinə üzlərini başqa səmtə döndərirlər. Onsuz da bu adamlarda hissetməqabiliyyəti, duyum sağlam adamlardakından qat-qat güclüdür. Onsuz da bu adamlarözləri də yol tapıb metroya düşür, avtobusa minirlər. Əgər biz insan olaraq buanı görüb onlara kömək etmiriksə, adamlıqdan çıxıb şeytana çevrilirik.

Mən fiziki qüsurlu insanları Allahın sevdiyiinsanlar hesab eləyirəm. Sadəcə olaraq, Ulu Yaradan onları sınağa çəkib və belə bir ömür bəxş edib. Bəlkə də onlarınyeri Cənnətdir. Allahın sevdiyi insanları mən, sən, o, biz və hamımız sevməliyik.Və metroda mənim əlimdən yapışan o balaca uşaq da mənim sevdiyim və unutmayacağım bir uşaqdı.Çünki uşaqlar həm də mələkdilər. O mələklərin isə heç bir günahı olmur. Mənim əlimdəntutan o uşaq da mələk kimi idi...


TƏQVİM / ARXİV