adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Yanvar 2019 00:42
12516
ƏDƏBİYYAT
A- A+

GÜNAHIN RƏNGİ


Maşallah Məftun
Bakı, 1990-cı il...

AZADLIQ-meydanında çalınırdı cəngi bütün rənglər görünürdü bircə görünmürdü günahın rəngi!


BİR ZAMANLARIN
ÖLÜ ŞƏHƏRİNƏ

Ölü şəhərim,
ulu şəhərim...
ölü küçələr...
ölü evlər,
mənzillər,
karusellər,
eyvanlar,
tavanlar...
Yuxarı mərtəbədən
dünyaya baxan da yox,
addımları kəsilmişlərdən
küçələrə baxanda yox.
Göylərin tutulub,-nəmli
torpağın atom nəmli,
Baş daşsız məzarlıqdı,-
qəmli-qəmli.
Dünya hər il göz olur
bu cür yasıma.
Əliqanlılara,dəliqanlılara,
ibrət dərsi keçmək istəyir
atomla sönmüş Xirosima...


ŞƏHİDLƏR XİYABANI

Ölü əsgərlər kimi ,
Bu şəhid məzarları...
Düzülübdü yanyana
Burda nəzər yetirin
Elin dərd azadlıqları
Qalıbdı yana-yana...

Göydən asılı qalıb...
Bura zülmün muzeyi,
Vaxtsız ölüm muzey,
Məzarlar üstündəki
Ölü günün muzeyi...

Qaçqınlar doğma yurda,
Görən niyə köçməyir.
İnsanlar niyə burda,
İbrət dərsi keçməyir.
Şəhidlər xiyabanı-
Burda ölü əsgərlər,
Burda ulu əsgərlər,
Məzarlar gül qoxuyur-
Hələ diri əsgərlər
"Can Qarabağ" oxuyur...


SƏMA QUŞU

Əlim düşdü əlindən
Bir durna çığırtısı qopdu sinəmdən.

Nurəngiz Gün

Tanrı sevgisiylə
Səmalardan gəlmişdi səma quşları,
Onlara bəs edərdi,
yerin,
göyün,
təbiətin alqışı...
Üzlərindən üzümüzə
çilənərdi bahar.
Vaxtından tez açardı
həyətimizdəki gilənar...
Gözlərimizdə,
rəsmlərini çəkmişdilər
durnalar...
XX1-ci əsrin fəsadları...
Bilmədik,
göylərdəmi çat oldu,
kimlərin qəzəbinə tuş oldu?
Qəfildən qeyb oldu,
haq-nahaqdan durnalar...
Durnnalar ölü düşdü
göylərin qucağından.
O gündən
qara gün əskik olmur
bu şairin ocağından...


VAXTIDI

Abdulla Qurbaniylə açıq söhbət
Qəlbinin atəşi mənə əyandı,
Tumurcuq eşqimiz atəşdə yandı,
Göylərin üzünə baxsan al-qandı,
Torpağın qədrini bilmək vaxtıdı.

Ayaq buxovlanıb,qandallanıb əl,
Qarabağın,qara baxtı oyan gəl,
Qara əllər bu gün olursa əgəl,
Onu yer üzündən silmək vaxtıdı.
Dərdimizin üstə baxsan dərd gəlir,
Şəhidlər yerinə neçə mərd gəlir,
İllər birbirindən yaman sərt gəlir,
Öləsi düşmənin ölmək vaxtıdı.

Axır ki,görünüb düşmənin üzü,
Gizlədə bilməyib doğrunu,düzü,
Gözünü çəkməsə kor olar gözü,
Axır haqq yoluna gəlmək vaxtıdı.

Yerini yaz tutub hər qarlı qışın,
Qədri bilinməli əyilməz başın,
Yad izi silinsin torpağın daşın,
Zəfərə qovuşub gülmək vaxtıdı.

QARABAĞIM

Qarabağım sanma
düşmən biçilməz,
biçiləcəkdir...
İsa bulağından sanma içilməz-,
içiləcəkdir.
İnanma Şuşaya bir də keçilməz-,
keçiləcəkdir.
Səni itirib də Vətən inanma
Qarabağım boyda kiçiləcəkdi.
Düşmən biçiləcək,
kiçiləcəkdi...

VƏTƏN YARAN
SAĞALMASA

Türkün nahaq qanı axmaz,
Namərd mərdə qalib baxmaz.
Atəşlər də haqqı yaxmaz,
Vətən yaran sağalmasa.
Ömrüm məlhəm- gələsiyəm,
Mən o yolda öləsiyəm,
qan hopdurub bayrağına
qarışıb öz torpağına
doğma torpaq olasıyam.

Qızıl buğda zəmisiyəm,
qızıl ömür gəmisiyəm,
Yaralı olan sənin yaran
bu can oğlun cəbhə yaran
Yaşatmarıq bu bədəni,
Yaşatmasa o vətəni...


MƏMMƏD ARAZA

Kimini mal edir,kimiyə maldı,
Kiminə zəhərdi,kiminə baldı,
Kimlər bu dünyada əbədi qaldı,
Bu haqqın sədası başlara batsın,
"Dünya mənim,dünya sənin,
dünya heç kimin."

Talelərdən keçən yollar dumanlı,
İrəli açılan qollar gümanlı,
Kəsilən ağaclar,kollar gümanlı,
Axır baltasını adamlar atsın,-
"Dünya mənim,dünya sənin,
dünya heç kimin."
Ömür hər bəndənin gümüş çayıdı,
Azı da,çoxu da Tanrı payıdı,
İnsanlıq,insanın haqqı-sayıdı,
Çoxu ətəyindən qoy daşı atsın,
"Dünya mənim,dünya sənin,
dünya heç kimin."

İnsanın insanlıq arzuları tək,
Dünyanın dünyəvi barı,varı tək,
Arazın ibrətli saf suları tək,
Məmmədin sözləri hər kəsə çatsın,
"Dünya mənim,dünya sənin,
dünya heç kimin."


ƏVVƏL-AXIR

"Atillanın ayağı dəyən hər türk torpağına biz iddiyalıyıq"
Cavid Qurbanov

Türküm özünə gəl,
Sən özünə gələndə
nəhəng olursan,
şir olursan,pələng olursan.
Dünyanın
boynuna çələng olursa...
Çiçək qoxulu səhərin gəlir,
Yeri-göyü gəmirən
kəhərin gəlir,
Dünyanı məst edən
barın-bəhərin gəlir.
Türküm özünə gəl-
Yer də,göy də,
nələr varsa o sənindi.


DƏMİR ÇARIQ

Əyninə zirehli libas,
ayaqlarına dəmir çarıq
geyindi İslam Qəribli.
Yarım əsrdən çoxdu
dəmir qanadla,
polad inadla,
qəbri
bilinməyən
Məhəmməd Hadinin
sorağında,
axtarışındadı...
Söyuqda əllərini
Hadinin misralarıyla isidər.
İstidən tıncıxanda
Hadinin hələ də vuran
ürəyiylə sərinlənər.
Qolboyun olduğu yolların
solu çiçək qoxuyur,
sağı qan qoxuyur.
Ya tapa,ya tapmaya...
bu iş uzun işdi,
Allah amanında...