bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri Adalet.az | "Qoz prokuror" Adalet.az | "Qoz prokuror" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Qoz prokuror"

1814    |   2019-01-11 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prokurorun qanuni tələbi müzakirə olunmur


Ələmdar Məmmədov
Təqaüddə olan Baş ədliyyə müşaviri

(əvvəli ötən saylarımızda)

Deməli, katib və rayon ASB-nin rəisi materialı prokurorluğa göndərməyə də bilərdilər. Məhkəmə sədri Qəni Kazımov və rayon DİŞ-nin rəisi Sədr Mirzəyev hələ məni yaxşı tanımadıqlarından, necə deyərlər, prokuror kimi ciddi qəbul etmirdilər. M.Ə. Sabir demiş: Görmə!- deyirsən, baxmıram. Eşitmə deyirsən, eşitmirəm. Qanma deyirsənsə...
Təhqiqatçıya tapşırdım ki, xitam qərarını cinayət işindən götürüb öz adından məktub yazıb işi mənə təqdim etsin. Cinayət işini prokurorluğun müstəntiqi Kərimağa Tağıyevə verərək, qanunsuz torpaq sahəsi zəbt etmiş adamları dindirməklə sovxoz direktoru ilə münasibətlərini aydınlaşdırmasını tapşırdım. Üç gündən sonra K.Tağıyev 15 nəfərin ifadəsini mənə təqdim etdi. Vətəndaşların hamısı torpağ sahəsini sovxoz direktorunun şifahi razılığı ilə zəbt etdiklərini göstərmişdilər. Sovxoz direktorunun haqqında CM-nin 167-ci maddəsinin 1-ci hissəsi ilə (Hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə) cinayət işi başlayıb, həmin maddə ilə ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçildi.
Axşam rayon mədəniyyət evində keçirilən iclasda çıxış edərək, sovxoz direktorunun həbsə alınmasını və sovxozun maliyyə- təsərrüfat fəaliyyətinin yoxlanması barədə qərarımı elan etdim.
Bütün rayon bir-birinə dəymişdi. Məhkəmə sədri və milis rəisi xahişçi düşmüşdülər. İndi onun həbsdən buraxılmasını deyil, sovxozun maliyyə- təsərrüfat fəaliyyətinin yoxlanılmasının dayandırılmasını xahiş edirdilər.
Lakin mən yoxlamanın keçirilməsində israrlı idim. Belə ki, CM-nin 167-ci maddəsinin 1-ci hissəi ilə ittiham elan olunmuş vəzifəli şəxs adətən ibtidai istintaq zamanı həbsə alınmırdı.
Ətrafımdakı insanlara - rayon ASB-nin rəisinə, məhkəmə sədrinə və milis rəisinə etimadım yox idi. Məhkəmədən sonra şikayət təşkil edəcəklərindən ehtiyatlanırdım. Elə buna görə də digər təsərrüfat cinayətləri tapmaq məqsədi ilə sovxozun maliyyə- təsərrüfat fəaliyyətini yoxlatdırırdım. Təxminən bir aydan sonra məzuniyyətə çıxıb Moskva şəhərinə getdim. "Rossiya" mehmanxanasında qalırdım.
Bir gün telefon zəng çaldı. Dəstəyi götürərkən tanımadığım səs eşitdim.
-Ələmdar müəllim, Sizi narahat edən Əyyub İskəndərovdur. Mən 5-ci mərtəbədə "filan" otaqda qalıram. Azərbbaycandan Sizinlə görüşmək üçün gəlmişəm.
Şəxsi tanışlığımız olmasa da, Əyyub İskəndərov haqqında çox eşitmişdim. Rus dilini mükəmməl bilməsə də, Leninqradda kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi. Uzun illər idi quşçuluq sənayesində çalışırdı. 1967-ci ildə MK-nın bürosunda onu partiya sıralarından xaric edirlər partiya biletini tələb edərkən o, üzlüyü verib, otaqdan çıxmışdı. Sonralar Moskvanın vasutəsi ilə partiya sıralarına bərpa olunmuşdu. Bir sözlə, bacarıqlı, cəsarətli və qoçaq adam idi.
Mən onun otağına gəldim. "Lüks" nömrədə stolun üstündə müxtəlif yeməklər düzülmüşdü.
Məlum oldu ki, yaxın qohumu olan sovxoz direktorunun xahişinə gəlib. Əyyub müəllim üzrxahlıq edəndən sonra dedi:
- Ələmdar müəllim, bilirəm ki, Sizin atanız və dayınız təsərrüfat rəhbəri olublar. Masallı, Lənkəran camaatı Sizdən ağızdolusu danışıb, həmişə razılıq edirlər. Hamı deyir ki, Ələmdar müəllim az əhəmiyyətli işə görə adam həbs etməz. Sovxoz direktorunun qəbahəti nədən ibarətdir ki, onu həbsə alıb, həm də maliyyə-təsərüfat fəaliyyətini yoxlatdırırsınız?
Mən baş vermiş hadisəni- materialların zərurət olmadan prokurorluğa göndərilməsini, qanunsuz torpaq zəbt edənləri məhkəməyə verərkən hətta sovxoz direktorunun ifadəsinin alınmamasını, məhkəmə sədrinin mənimlə danışığını, işi geri götürərək xitam etməyimi, milis rəisinin etirazını, yəni mənim yeni adam olduğum üçün, ciddi qəbul etməmələrini Əyyub müəllimə danışdım.
Əyyub müəllim məni diqqətlə dinlədikdən sonra dedi:
- Mən hər şeyi başa düşdüm. Siz prokuror və insan kimi ən doğru olanı etmisiniz. Namərdliyi mənim qohumumdan yararlananlar ediblər. Sizdən qətimkan tədbirini dəyişməyinizi xahiş etmirəm. Ancaq sovxozun maliyyə- təsərrüfat fəaliyyətinin yoxlanmasının dayandrılması üçün nə lazımdır?
Dedim:
- Bir kişi sözü lazımdır ki, məhkəmədən sonra şikayət etməsinlər. Əyyub müəllim dedi:
- Kişi mən. Söz veririəm ki, heç bir şikayət olmayacaq. Əyyub müəllimin otağından prokuror əvəzi Nurəli Şəbiyevə zəng edərək sovxozun maliyyə- təsərrüfat fəaliyyətinin yoxlanılmasını yekunlaşdırıb, işi məhkəməyə göndərməsini, məhkəmədə cəzasının məcburi əməyə cəlb etməklə şərti hesab edilməsi barədə çıxış etməsini tapşırdım.
Məhkəmədə sovxoz direktorunun cəzası 1 il 6 ay müddətinə məcburi əməyə cəlb edilməklə şərti hesab edildi. Bu hadisədən sonra artıq hamı mənə prokuror gözü ilə baxırdı.

Vəzifəyə xəyanət etmək olmaz

1994-cü ilin noyabr ayında Daxili Qoşunların xüsusi dəstəsi qanunsuz saxlanan silah-sursatın tapılıb aşkar edilməsi məqsədi ilə Baş Prokurorluq, DİN və MTN-nin rəhbərliyi ilə razılaşdırılmış əməliyyat planını həyat keçirmək üçün Zaqatala-Balakən bölgəsinə gəlmişdilər. Əməliyyat zamanı xeyli silah-sursat aşkar edilərək götürüldü. Lakin əməliyyatın 3-cü günü bədbəxt hadisə baş verdi. Hərbçilərin saxla işarəsinə məhəl qoymayan sürücü sürətlə uzaqlaşarkən arxadan atılan xəbərdarlıq atəşi nəticəsində güllə maşında olan Sabir adlı Zaqatala vətəndaşına tuş gəlir və o, bir neçə saatdan sonra dünyasını dəyişir. Mərhumun qardaşı Türkmənistan DİO-da işləyən Aydın adlı mayor rütbəli şəxs qardaşının dəfn mərasiminə gəldi və hadisənin bütün təfərrüatları ilə tanış oldu. Bu hadisədən sonra onun iş yeri dəyişdirildi və o, Zaqatala RPŞ-nin ştab rəisi vəzifəsinə təyin edildi.
Aydının gəlişi cinayətkarlıqla mübarizə işini xeyli canlandırdı. Hündürboylu , əzələli, idmançı görkəmli Aydın vətənpərvər, cəsur və qorxmaz polis işçisi idi. Qısa müddətdə axtarışda olanların tapılıb gətirilməsi sahəsində, reketçiliyə qarşı mübarizədə əvəzsiz işçi oldu. Mən prokururluq orqanlarındakı fəaliyyətim ərzində Aydın kimi öz işinə fanatikcəsinə aludə olan və vəzifəsinin öhdəsindən gələn çox az sayda milis (polis) işçisinə rast gəlmişəm.
Təxminən bir ildən sonra cinayətkar ünsürlər bu yenilməz vətən oğlunun həyatına qəsd etdilər. Hadisə belə baş vermişdi: Aydının yaşadığı ev dağ ətəyində yerləşirdi. Evdən təxminən 150 metr kənarda meşəlik ərazidə xüsusi düzəldilmiş yerdə bir neçə gün pusqu quran snayper Aydın səhər tezdən eyvanda əl-üzünü yuyarkən düz ürək nahiyəsindən vurmuşdu və o, dərhal dünyasını dəyişmişdi. Natamam ştat vahidinin olduğu polis şöbəsinin bir çox əməkdaşı yoxa çıxdı. Polis rəisini vəzifədən çıxartmışdılar. Müavin tapılmadı. Cinayət axtarış bölməsinin rəisi polkovnik-leytenant rütbəsində olan Nadir Nəsirovu çağırdım. O, şöbədə yeganə adam idi ki, müəllim deyə müraciət edir, həmişə hörmətimi saxlayırdım. Çox savadlı və bacarıqlı əməliyyatçı idi. Şöbənin bütün yazı və məxviçilik işlərini o, həyata keçirirdi. Zaqataladan əvvəl rayonların birində polis şöbə rəisinin müavini vəzifəsində işləmiş, işdə yol verdiyi nöqqsanlara görə aşağı vəzifəyə Zaqatala RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. Ən ağır cinayətləri açmaq iqtiraında olsa da, xarakterindəki müəyyən naqislik onun işinin effektivliyini azaldırdı. Nadir müəllim mənə bildirdi ki, əmri gəlib,məzuniyyətə gedir. Mən ona təxminən aşağıdakıları dedim:
- Nadir müəllim, Aydının öldürülməsində təqsirli şəxsləri tapıb, məsuliyyətə cəlb etmək bizim borcumuz və şərəf işimizdir. Sizdən məzuniyyətə getməməyi və qalıb işi açmağda mənə kömək etməyinizi xahiş edirəm. Nadir müəllim məzuniyyətə getməyəcəyi barədə mənə söz verdi və bir daha onu görmədim. Düz 4 aydan sonra işə çıxdı. Həmin gün onun haqqında CM-nin 167-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlayıb, xüsusi məlumatı DİN-nə göndərdim.Çünki,Nadir təkcə məni aldatmamışdı,həm də vəzifəsinə xəyanət etmişdi.Xəyanəti bağışlamaq olmaz.
İşin istintaqını prokurorun müavini Əhəd İbrahimova tapşırdım. Çoxlu sayda xahişçilər gəldi. Hətta Balakən rayon Katex kənd icra nümayəndəsi böyük hörmətim olan, hamının ağsaqqal kimi tanıdığı Sadıq müəllim də xahişə gəldi. (Sadıq müəllim Baş Prokuror Eldar Həsənovun qohumu idi). Sadıq müəllimə də eyni sözləri dedim. Nadir üçün ən yaralı olan məsələni həll etməsə, işi xitam etməyəcəm. Nəhayət, Nadir onun üçün həyatda ən ağır olan məsələni həll etdi və cinayət işi xitam olundu. Nadiri başqa rayona aşağı vəzifəyə keçirdilər. Aydının öldürüməsi ilə əlaqədar CM-nin 94-cü maddəsi ilə başlanılmış cinayət işi bağlı qaldı. Çox təəssüf...



İmza:

Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi

Vilayət Eyvazov daxili işlər naziri təyin edilib

Ramil Usubov Prezident yanında Təhlukəsizlik Şurasının katibi təyin edildi

Bakı-Batumi birbaşa avtobus reysləri açılır

Komitə sədri: "Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün..."

“Bu imkan verir ki, gənclərimiz tariximizlə canlı ünsiyyətdə olsunlar” - Nazir müavini

Nazir: Əməkhaqları və pensiyalardakı artımlar inflyasiyaya təsir etməyəcək

Ordumuzda dini təbliğat qadağası... - Rəsmi açıqlama

2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artım olacaq - Nazirlik

Komitə rəsmisi: Azərbaycana dini basqılar bir an səngimir

Əmək pensiyaları da artırılır

SON XƏBƏRLƏR
2019-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK