warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Rəşad Məcid: “Atam öləndə elə bildim ki, indicə zəng edəcək...” - YUXU QAPISI Adalet.az | Rəşad Məcid: “Atam öləndə elə bildim ki, indicə zəng edəcək...” - YUXU QAPISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

Rəşad Məcid: “Atam öləndə elə bildim ki, indicə zəng edəcək...” - YUXU QAPISI

6051    |   2019-01-11 13:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

Bu dəfəki qonağımız AYB-nin katibi, "525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddir. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu yalnız yadımda o zaman qalır ki, qəfil oyanıram və gördüklərim real həyatdakı kimi aydın şəkildə gözümün qabağında canlanır. Mənə elə gəlir ki, insan beynindəki davamlı düşüncələr, narahatlıqlar hansısa formada, daha dəqiqi təhrif olunmuş şəkildə yuxulara köçür. Elm də bəzən yuxunu izah etməkdə aciz qalır. Mən davamlı düşüncələri və narahtlıqları dedim, buna arzuları da əlavə edərdim. Arzular da yuxularımızda öz əksini tapır.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxuya görə planlar qurmuram. Ancaq yuxu, əlbəttə, mənə təsir edir. Bir status yazmışdım ki, qorxulu yuxudan diksinib ayılırsan... Gerçək olmadığına, yuxu gördüyünə əmin olursan! Xofu getdikcə azalır, özünə gəlirsən... Amma uzun müddət bədəninin ən müxtəlif hissələrində ilişib qalan caynaqlarını hiss edirsen!

Bəzən gerçək həyatda da qorxulu yuxu kimi hadisələr, adamlar olur. Həmin yuxunu görəndən sonra hiss edirəm ki, bədənimdə fiziki ağrılar var. Qorxulu yuxular çox olur məndə. Əsasən 90-cı illərdə belə yuxular çox görürdüm. Xüsusən Qarabağın işğalından sonra. Hətta bu haqda yazım da var. Yazını əslən Şuşadan olan Hikmət Sabiroğluya həsr etmişdim. Mənə o zaman elə gəldi ki, yuxuda real Şuşanı görmüşəm. Elə bil Şuşanın başına qapaq keçiriblər. Biz sanki o şəhəri görə bilmirik. Sonra gördüm ki, bir darvaza var və o darvaza getdikcə başına qapaq keçirilən şəhərdən uzaqlaşır. Biz adətən yayda Şuşada, Laçında olurduq. Oranın suları çox təbii və dadlı olurdu. Yay günləri tərin içində oyananda mənə elə gəlirdi ki, yuxularımda Şuşanın, Laçının sularını, göllərini görürəm. Axı yay ayları insanı sərinlik duyğusu bürüyür və sən istər-istəməz bu istəyini yuxuda görürsən. Bu mənada düşüncələr, arzular insan beyninin alt qatına təsir edir. Sizə deyim ki, nikbin yuxular az-az görürəm. Məni xoşbəxt edən, ovqatımı yüksəldən yuxuları xatırlaya bilmirəm. Amma səhər oyananda özümü yaxşı ovqatda hiss edirəm və mənə elə gəlir, bu gecə gördüyüm yuxunun nəticədisir. Lakin bu yuxuları xatırlamaq olmur. Çünki xoşbəxt yuxu görəndə o yuxudan ayılamq istəmirsən Və ayılanda da xatırlaya bilmirsən. Narahat yuxular isə səni qəfil oyandırır. Ədəbiyyatda da fikir vermisizsə, şair-yazıçılar əzabı təsvir edə bilir. Xoşbəxtliyi yazan çox az nümünələr var.

Gördüyüm yuxuya görə plan qurmaq mənə görə deyil. Düzü, bu cür əlamətlərə inamıram. Amm uşaq vaxtı qabağımdan keçən qara pişiyə görə əlimi bir cibimdən başqa cibimə qoymuşam (gülür).


- Qorxulu yuxularınızı da xatırlamırsınız?

- Yox, xatırlamıram. Bəlkə də bu ona görədir ki, yuxularımın real hadisələrə elə də güclü təsiri olmur. Buna görə də onları yadımda saxlamıram.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yuxuda deyə bilmərəm, amma atam rəhmətə gedəndə tez-tez onun həyatda olduğunu düşünmüşəm. Yuxu ilə reallıq arasında bir ovqat olur. Yəqin ki, mən də həmin vaxtlar o ovqatda olmuşam. Elə bilmişəm, atam indicə zəng edəcək. Yuxumda adamlardan daha çox hadisələri görürəm. Və qəfil oyananda yadıma düşür. Yuxularımda uçuram. Uçmaq detalı çox olub. Son illərdə isə azalıb (gülür). Axırıncı dəfə gördüyüm yuxunu xatırlamıram. Yaxın adamını itirmək qorxusu yuxumda öz əksini tapır. Ancaq onun xofu mənə yuxunu unutdurur.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Mən o yozumlara inanmıram. Özüm öz intiusiyamla, təfəkkürümlə yuxunun kökünü, mənbəyini tapıram. Araşdırıram ki, bu yuxunu niyə gördüm, bu yuxu mənə nə verəcək və.s. Özüm yuxularımın hansı səbəbdən yarandığını bilirəm. Yuxuları yozan, bu haqda kitablar yazan adamlara inanmıram.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Yuxu insan beynində baş verən mürəkkəb prosesdir. Onu elmlə yalnız təxmini müəyyən etmək olar. Amma o hadisə niyə yuxuya çevrilib, niyə yuxuda filan şey başqa cür təzahür edib və s… Bunu izah etmək çətindir. Hərdən olur ki, kimləsə söhbət edəndə 30 il əvvəldə baş vermiş hansısa hadisə gözümün qabağına gəlir. Bu haqda çox baş sındırmışam. Çoxları buna dejavu deyib. Ancaq mən hesab etmirəm ki, bu dejavudur. Məsələn, ikimiz söhbət edirik, qəfil 17 yaşında dəmir yolu vağzalında gözləyən özümü görürəm. Və başlayıram araşdırmağa ki, niyə həmin anı xatırladım. Qəribədir ki, o anı işarə edən hansısa doğma cizgi və məkan da olmur. Qoxu, hava, mehin, küləyin, musiqinin səsi… Bütün bunlar da sənin yuxuna təsir edə bilər. Onların da insan beyninə və düşüncəsinə təsiri var. Yuxunun səbəbi təkcə düşüncədən ibarət deyil. Ola bilsin ki, mənim qəfil söhbətin ortasında keçimişdən nəyisə görməyim də yuxudur.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Sizin yuxular rənglidir?

- Rəngli yuxular çox az görürəm. Nadir hallarda olur. Yəqin ki, nikbin yuxular elə rəngli yuxulardı. Elə bayaq dediyim kimi, onları xatırlaya bilmirəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Elə olub ki, realda bu məsələnin həll olacağını düşünmüşəm və onu yuxuda görmüşəm. Sonra doğurdan da çin olub. Bu mənim narahtlığım və gözləntimlərimdi. Əksi də ola bilərdi, xoşbxətlikdən çin çıxdı. Yuxularımın əks çıxdığı da olub. 2009-cu ildə "Qarabağ”-"Rosenborq”la oynayırdı. Həmin oyun sıfır-sıfır oldu. Təkrar oyun Bakıda baş tutdu və o gün Ağdamın işğal gününə, 23 iyuna təsadüf etdi. Mən də 15 gün sərasər deyirdim, qəzetdə də elan verirdim ki, Ağdamın işğal günündə "Qarabağ” qalib gələcək, hamı yığışıb gəlsin oyuna baxmağa. Oyuna bir gün qalmış dostum Aqil Abbasla "Qarabağ” klubunun bazasına getdik. Bizi futbolçularla görüşməyə dəvət etdilər. İstəyirdilər, biz onlara dəstək olaq, futbolçulara ruh verək. Deməli orda, gördüm ki, bizimkilərin hamısı balaboylu futbolçulardı, "Rosenborq”lu futbolçular isə yekəpər. Öz-özümə dedim ki, bu qədər "Qarabağ”ın təbliğatını aparıram, hər yerdə deyirəm, qalib gələcək. Balaca futbolçulara baxanda dedim ki, ilahi, bunlar "Rosenborq”lu futbolçulara necə qalib gələcək. Aqil orda özünəməxsus şəkildə, ağdamlı lekisionu ilə danışır, oyunçulara ruh verirdi. Mən də Aqilin sözlərinə qüvvət verdim və dedim ki, siz o ruhu azarkeşlərdən ala bilərsiniz. Əlimi adaşım Rəşad Sadıxovun çiyninə qoydum, dedim biz 1-0 qalib gələcəyik, qolu da sən vuracaqsan. Bunu hamı eşitdi və mətbuat da dediyimi yazdı. Elə dediyim kimi də oldu. Rəşad Sadıxov cərimə zərbəsindən qol vurdu və oyun belə də bitdi. Oyundan sonra məndən müsahibə aldılar. Dedim ki, Topazda futbola variant yazırdım, amma bu dəfə sidq ürəklə "Qarabağ”ın qalib gəlməsini arzulamışdım. Rəşad Sadıxov da açıqlamasında demişdi ki, topu vuranda onun qapıya gedəcəyəni təxmin etmirdim. "Rosenborq”un qapıçısı da tam əksini dedi: "Topu külək qapıya salmışdı, o zərbə qol olmamalıydı”. Halbuki həmin gün elə də külək yox idi. Orda topu vuran da, buraxan da mistik danışdı.

Bu cür hadisələr çox başıma gəlib. Belə proqnozlarım çox olub və mən bunu yuxuyla, mistikayla əlaqələndirirəm.


- Yazılarızda gördüyünüz yuxuların təsiri olubmu? Yuxudakı hər hansı detal yazılarınıza yaxud şeirinizə köçübmü?

- Olub elə şeylər. Elə misralar olub ki, yuxudan ayılanda öz-özümə demişəm. Bir də yuxularımı essələrə köçürmüşəm. Birini bayaq dedim, onu çap etmişəm. Çap olunmayan isə çoxlu sayda essem var ki, onları yuxuda görmüşəm.


- Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Materialst adamlar yuxu görərkən onun real səbəblərini araşdırırlar. Onlar üçün ruhi tərəf önəmli olmur. Mənsə özümü realist və romantik hesab edirəm. Məni xurafata inandırmaq mümkün deyil, həmişə elə şeylərə ironiya eləmişəm. Amma həmçinin ilahi varlığın qüvvəsinə, mistik hadisələrə inandığım zamanlar da olur.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Təəssüf ki, xatırlamıram. Çox güman görməmişəm. Şair, yazıçı dostlarımı yuxumda görmüşəm ancaq.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxularımızın hansısa qalaktikda davamı ola bilər. Amma o yuxuların bizi həqiqətə aparacağına inanmıram.


Söhbətləşdi: Oğuz Ayvaz




İmza:
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK