Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
"Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışları davam edir.
Azərbaycan Cüdo Federasiyasından Adalet.az-a verilən məlumata görə, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda ikinci günün qalibləri məlum olub. Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər.
Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03