warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Bakıya “donuz qripi”nə qarşı peyvənd gətirildi Adalet.az | Bakıya “donuz qripi”nə qarşı peyvənd gətirildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bakıya “donuz qripi”nə qarşı peyvənd gətirildi

2721    |   2019-01-11 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. Adalet.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: "Bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb. Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir".

"Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər" - deyə Oruc qeyd edib.

Z.Oruc diqqətə çatdırıb ki, peyvəndin qiyməti 38 manatdır.

Qeyd edək ki, hazırda Gürcüstanda "donuz qripi"nin yayılıb. Bu günə qədər orada qripdən 14 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, laborator müayinələr nəticəsində Gürcüstanda xeyli sayda insanın "donuz qripi"nə yoluxduğu aşkarlanıb.

"Donuz qripi" - H1N1 qrip virusunun xüsusi növü olan kəskin yoluxucu xəstəlikdir. Bu qrip epidemiyanın pandemiyaya sürətlə keçməsi ilə xarakterizə olunur.

Bu virusa həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontakt vasitəsilə xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan - Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Xəstəlik dərhal meydana çıxmır. Donuz qripinin inkubasiya dövrü daşıyıcıdan asılı olaraq ilkin simptomların meydana çıxmasından sonrakı 24-48 saatdır. Bu dövrdə virus fəal surətdə çoxalmağa və ətraf mühitə yayılmağa başlayır. O, asanlıqla insanlara və heyvanlara keçə bilir.

Bu virusa yoluxmuş şəxslər, əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir.

Uşaqlar, xüsusən də azyaşlılar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilərlər. Təxminən, hər altıncı insan simptomlar bəlli olduqdan sonrakı 14 gün ərzində terapiyaya baxmayaraq ətrafdakıları yoluxdura bilər.





İmza:

Damarları sağlam saxlayan məhsul

Şəkərli diabet xəstəliyinin yayılması, müalicəsi və profilaktikası haqqında fikirlər

Səhiyyə Nazirliyinə 6,8 milyon ayrıldı - SƏRƏNCAM

Metro vaqonlarında əlillər üçün xüsusi oturacaqlar quraşdırılır

Dönərdən zəhərlənən tələbələrdən YENİ XƏBƏR

Valideynlərə XƏBƏRDARLIQ! - Uşaqlarınıza bu oyuncaqları almayın

Azərbaycanda satılan bu uşaq yeməkləri xərçəng yayırmış - DƏHŞƏTLİ FAKT

Meyit donordan bu orqanlar köçürülə bilər - SİYAHI

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir

Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək

Mehriban Əliyeva Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi professor David Hayat ilə görüşüb

Qohum olmayan şəxslər donor ola biləcək

SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK