adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Yanvar 2019 10:08
8321
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarı 2 gün işləməyəcək

12 və 13 yanvar 2019-cu il tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova qeyd edib ki, bu, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.