12 il sonra yenidən baş nazir oldu
Tayvan Demokratik İnkişaf Partiyasının keçmiş lideri, eks-baş nazir Su Çjençan yenidən hökumətə rəhbərlik edəcək.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu postda yanvarın 10-da istefa vermiş Lay Tsindeni əvəzləyəcək.
Buna qədər, Su Çjençan 2006-2007-ci illərdə də baş nazir səlahiyyətlərini icra edib.