Evindən oğurluq edilən aparıcı: “Məsələ cənab nazirin diqqətindədir”
Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsindəki evində oğurluq hadisəsi baş verən "Araz” FM radiosunun aparıcısı Aygün Akif ölkəyə qayıdıb.
Bu barədə Modern.az-a danışan A.Akif dəstək olan hər kəsə təşəkkür edib:
"Mənə görə narahat olan tanıyıb-tanımadığım bütün dostlarım,dəstəyinizə görə minnətdaram. Ölkəyə gələn kimi dərhal Polis bölməsinə dəvət olundum.
Polis əməkdaşları ilə məsələ barədə ətraflı danışdıq. Evə baxış keçirilib”.
A.Akif hadisənin daxili işlər naziri Ramil Usubovun diqqətində olduğunu bildirib:
"Mənə bildirildi ki, iş cənab nazirin diqqətindədir və ciddi araşdırılır. Oğruların yaxın zamanda tutulacağına, inanıram”.
Xatırladaq ki, oğurluq hadisəsi A.Akif Ukraynaya 3 günlük reklam çəkişilərinə getdiyi vaxt baş verib. A.Akifin anası Kərimova Bahar Talıb qızı yanvarın 8-də 20:00 radələrində evə daxil olarkən evin talandığının fərqinə varıb.
Digər Xəbərlər
23 Aprel 2024 11:35
Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51Ağcabədidə "Mercedes" yandı
19 Aprel 2024 18:04