adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Yanvar 2019 20:18
11675
İDMAN
A- A+

UEFA “Qəbələ”nin hesabına pul köçürüb

UEFA 2018/2019-cu il mövsümündə Gənclər Liqasında çıxış etmiş "Qəbələ” klubuna ikinci mərhələyə yüksəldiyi üçün ödəniş edib.

Bu addım Avropa futbol qurumunun ödəniş siyasətinə uyğun atılıb. Səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA-dan AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Qəbələ” Gənclər Liqasının II mərhələsində Almaniya "Herta”sına iki oyunun yekununda 1:3 və 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.