Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | ATƏT-in yeni sədri and içdi Adalet.az | ATƏT-in yeni sədri and içdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

ATƏT-in yeni sədri and içdi

3361    |   2019-01-10 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın inauqurasiya mərasimi keçirilib.

Adalet.az AZƏRTAC-a istinadənxəbər verir ki, mərasimdə çıxış edən M.Layçak ölkəsinin sədrlik dövrü üçün hədəfləri barədə danışıb.

Qeyd edib ki, sədrlik qarşıya ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi, təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi məqsədlər qoyub, lakin bununla belə realist olmağa çalışacaq. Sədrlik 2019-cu il ərzində münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsinə diqqət yönəldəcək.

Sədr, həmçinin bildirib ki, eyni zamanda təhlükəsiz gələcəyin qurulması üçün işlər görülməlidir, ATƏT məkanında təsirli multilateralizmə nail ola bilmək üçün səylər gücləndirilməlidir. Vurğulanıb ki, ATƏT-in prinsip və öhdəliklərinə sadiqliyi nümayiş etdirməyin zamanı yetişib və bu, özünü ifadə etdiyimiz sözlərdə deyil, həyata keçirdiyimiz fəaliyyətdə göstərməlidir.

ATƏT-in sədri çıxışında bildirib ki, münaqişələrin nizama salınması diqqət mərkəzində olacaq və Ukraynadakı vəziyyətlə əlaqədar növbəti həftə bu ölkəyə səfər edəcək. O, həmçinin Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması ilə bağlı müsbət impulsların yaratdığı imkanlardan istifadə etməyə çalışacaqlarını deyib.




İmza:

Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi

AŞPA-nın sədri seçildi

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

“Onların Qarabağ mitinqində iştirak etməməsini qınayırıq” - Akif Nağının mövqeyinə münasibət

Deputat: "Mehman Hüseynov məsələsi sadəcə bir bəhanədir, əsl məqsəd..."

Respublika Partiyası: Paşinyan hoqqabazdır

"Əgər mən Rusiya prezidentinin kabinetində otursaydım..."

Akif Nağı : "Qarabağ ən böyük siyasi məhbusdur"

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı

Dövlət qulluqçuların səlahiyyət müddəti məhdudlaşdırılacaq - Qanun layihəsi hazırlanır

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK