MTRŞ-da iclas keçirildi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan Adalet.az-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 29-cu ildönümünə və ötən ilin yekunlarına həsr olunan iclasda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov bildirib ki, yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mərdliyini bir daha sübut edib. O, bu hadisəyə ilk siyasi qiymətin 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb.
Sonra Şuranın 2018-ci il hesabatı dinlənilib və qənaətbəxş hesab olunub.
Digər Xəbərlər
20 Aprel 2024 17:00
Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar
19 Aprel 2024 19:37“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17