adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Yanvar 2019 17:13
10636
MƏMLƏKƏT
A- A+

Quba-Xınalıq yolu nəzarətə götürüldü

Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazilərdən keçən avtomobil yollarını nəzarətə götürüb.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunda buz bağlayan ərazilər qar və buzdan təmizlənib: "Bakıya qar yağmasa da dağlıq və dağətəyi ərazilərdə artıq bir aya yaxındır ki, qarlı-şaxtalı hava şəraiti hökm sürür. Bu məqsədlə həmin istiqamətlərdə olan avtomobil yolları nəzarətdə saxlanılır. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların bəzi hissələrini buz bağlayır. Bu məqsədlə həmin ərazilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır, buz bağlayan yollara mütəmadi olaraq qum-duz qarışığı və çınqıllar tökülür, yollar qar və buzdan təmizlənir".

Rəsmi qeyd edib ki, hazırda ölkə ərazisində, xüsusən də Şimal istiqamətində olan avtomobil yollarında hərəkət təmin olunub.