adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Yanvar 2019 15:40
4924
GÜNDƏM
A- A+

“Azərlotereya” tarixində ən böyük 3 uduşun məbləği açıqlanıb

"Azərlotereya” tarixində ən böyük 3 uduşun məbləği açıqlanıb.Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların keçirldiyi müddətdə ən böyük uduş 16 sentyabr 2013-cü il tarixində "6/40” lotoreyasının 520-ci tirajında olub. Uduş 439 min 30 manat, qalib isə Bakı şəhəri sakini Məmmədsalahov Siyavuş adlı şəxs olub.


İkinci ən böyük uduşun sahibi isə 19 fevral 2015-ci ildə "5/36" lotereyasında "Cek Pot"un qalibiAstara rayon sakini Əliyev Yaşardır. O,205.370 manatqazanıb.

"Azərlotereya” ASC tarixində 3-cü ən böyük "Cek Pot” uduşu 29 iyun 2018-ci ildə qeydə alınıb. Space telekanalının canlı efirində "Azərlotereya” ASC-nin təşkil etdiyi "6/40” lotereyasının 1964-cü tirajında285 070 manata yüksəlmiş "Cek Pot”u "051245” nömrəli biletin sahibi qazanıb.