bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri Adalet.az | Azərbaycan XİN-dən Mehman Hüseynovla bağlı rəsmi Parisə ETİRAZ Adalet.az | Azərbaycan XİN-dən Mehman Hüseynovla bağlı rəsmi Parisə ETİRAZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan XİN-dən Mehman Hüseynovla bağlı rəsmi Parisə ETİRAZ

5165    |   2019-01-10 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

Adalet.az xəbər verir ki, bunu Trend-in bu günlərdə Fransa Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlaması barədə sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni "sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: "Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar".

Onun sözlərinə görə, ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

"Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür".



İmza:

Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov

XİN başçılarının Vaşinqton görüşü

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Oqtay Əsədov: “Silahlı münaqişələr əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır”

Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı

Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır

Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi - YENİLƏNİB

İlham Əliyev Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərdi

Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər

Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür”

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

SON XƏBƏRLƏR
2019-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK